Icma.az
close
up
RU
Şolts: “Qəzzalıların Misirə və ya İordaniyaya deportasiyası qəbuledilməzdir”

Şolts: “Qəzzalıların Misirə və ya İordaniyaya deportasiyası qəbuledilməzdir”

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail və Fələstinin sülh şəraitində birgə yaşaya biləcəyi Yaxın Şərq münaqişəsinin iki dövlətli həllinə çağırıb

“Qəzza sakinlərinin Misirə və ya İordaniyaya deportasiyası ideyası qəbuledilməzdir”. AYNA “Anadolu” agentliyinə istinadən bildirir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Berlində seçkiqabağı tədbirlərin birində İsrailə silah tədarükü ilə bağlı sualı cavablandırarkən deyib.

Kansler İsrail və Fələstinin sülh şəraitində birgə yaşaya biləcəyi Yaxın Şərq münaqişəsinin iki dövlətli həllinə çağırıb: “Mənim üçün bu, konkret olaraq o deməkdir ki, Fələstin administrasiyası da Qəzzaya görə məsuliyyəti öz üzərinə götürməlidir və oradan iki dövlətli həll imkanları inkişaf etməlidir”.

ABŞ Prezidenti Donald Trampın fələstinliləri ərəb ölkələrinə, xüsusilə İordaniya və Misirə köçürmək ideyasından danışan Şolts bunu qəbuledilməz hesab edib.

"Hazırkı ictimai bəyanatlarla bağlı da bunu açıq şəkildə bildirmək istərdim: hər hansı köç planları, qəzzalıların Misirə və ya İordaniyaya deportasiyası ideyası qəbuledilməzdir", Şolts qeyd edib.

Almaniya kansleri qeyd edib ki, Berlin özünümüdafiə məqsədilə İsrailə hərbi dəstək verib: “Hər bir qərarı ayrıca təhlil etdik. Biz bu məsələ ilə bağlı hər qərarı açıq müzakirə etməmişik".

Eyni zamanda, Şolts Berlinin İsrailə hərbi dəstəyini davam etdirəcəyinə işarə edib: “Ancaq beynəlxalq hüquqa hörmət hər şeyin, o cümlədən Qəzza xalqına mülki yardımın, iki dövlətli həllin və gələcək üçün ədalətli perspektivin əsasını təşkil edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 Yanvar 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see225

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see212

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see202

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see202

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see172

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see159

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see154

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see143

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see142

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see142

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see139

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri