Şoltsa etimadsızlıq səsverməsi: Almaniya növbədənkənar seçkilərə gedir
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniya parlamenti kansler Olaf Şoltsa etimadsızlıq səsverməsi keçirib.
Globalinfo.az xəbər verir ki, Bundestaq səs çoxluğu ilə Almaniya kansleri Olaf Şolts hökumətindən etimadı geri götürüb və bununla da fevralda keçiriləcək növbədənkənar seçkilərə yol açıb.
Məlumata görə, növbədənkənar seçkilərin tarixi 23 fevral 2025-ci ilə təyin edilib.
Səsvermədə iştirak edən 717 deputatdan 394-ü Almaniya Federativ Respublikasının kansleri kimi Şoltsa etimad tələbinin əleyhinə, 207-si lehinə olub, 116-sı isə bitərəf qalıb.
Qeyd edək ki, etibarın təmin edilməsi və ya itirilməsi üçün minimum 367 səs tələb olunur.
Şolts ötən həftə hökumətə etimad səsverməsi ilə bağlı Bundestaqa sorğu göndərib. Siyasətçinin özü bu addımını erkən seçkilərə yol açmaq niyyətində olması ilə izah edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 16 Dekabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















