Şolzdan Maska tənqid: Sosial media sahibi ölkənin gələcəyinə qərar verə bilməz
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyanın ən zəngin adamı İlon Maskın Almaniyada ifrat sağçı AfD partiyası ilə bağlı açıqlamaları mübahisələr yaratmağa davam edir.
Turkustan.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Maskı tənqid edərək, ölkəsində bundan sonra nə olacağını vətəndaşların təyin edəcəyini, sosial media sahiblərinin buna qərar verə bilməyəcəyini söylədi.
Baş nazir Olaf Şolz ənənəvi Yeni il çıxışında onun adını çəkmədən ifrat sağçı Almaniya üçün Alternativ Partiyasını (AfD) tərifləyən X sosial media platformasının sahibi amerikalı iş adamı İlon Maska qarşı ittihamlar səsləndirib.
Şolz Almaniyada bundan sonra nələrin olacağını vətəndaşların müəyyən edəcəyini vurğulayaraq, "Müzakirələrimizdə bəzən belə bir təəssürat yarana bilər ki, ideya nə qədər ifrat olarsa, maraq da bir o qədər çox olar. Lakin Almaniyada bundan sonra nə olacağını müəyyən edənlərin böyük əksəriyyət ağıllı və ləyaqətli insanlar olacaq, ucadan qışqıranlar yox"-deyə, bildirdi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 31 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















