Somali səfiri: İqlim dəyişmələrinə dair fəaliyyətlə əlaqədar Azərbaycanın mövqeyini yüksək qiymətləndirirəm
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Somalinin Azərbaycan üzrə qeyri-rezident səfiri Fathudin Ali Mohamed COP29 konfransının uğurla təşkil edilməsinə və yekunlaşmasına görə Azərbaycanı təbrik etdiyini bildirib.
"Report"un Ankara bürosuna müsahibəsində səfir konfransın uğurla keçirilməsini təmin etməsində və qlobal iqlim dəyişmələrinə dair fəaliyyətlə əlaqədar obyektiv müzakirələrin aparılmasında oynadığı mühüm rola görə də Azərbaycanın mövqeyini yüksək qiymətləndirdiyini deyib.
"COP29 konfransının uğurla təşkil edilməsinə və yekunlaşmasına görə Azərbaycan rəhbərliyinə, xalqına ürəkdən təbriklərimi çatdırım. Konfransın uğurla keçirilməsini təmin etməsində və qlobal iqlim dəyişmələrinə dair fəaliyyətlə əlaqədar obyektiv müzakirələrin aparılmasında oynadığı mühüm rola görə də Azərbaycanın mövqeyini yüksək qiymətləndirirəm", - o vurğulayıb.
Səfir qeyd edib ki, onun əsas vəzifəsi iki ölkə arasında diplomatik əlaqələr qurmaq, ticarəti asanlaşdırmaq və xüsusilə gənclər üçün mədəniyyət və təhsil sahəsində əməkdaşlığı təşviq etməkdir.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Baxış sayı:77
Bu xəbər 19 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















