SOMDA da “Şuşa, Sən Azadsan!” sənədli filmi nümayiş olunub
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) Anım Gününə həsr olunmuş tədbirlər keçirilib.
Modern.az xəbər verir ki, Dövlət Agentliyinin Aparatında keçirilmiş tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir çərçivəsində Agentlik rəisinin müavini, polkovnik F.İmrəliyev “Müzəffər tarixin başlanğıc günü” mövzusunda çıxış edib. Daha sonra “Şuşa, Sən Azadsan!” sənədli filmi nümayiş olunub.
Həmçinin Agentliyin regional idarələrinin hərbi qulluqçuları tərəfindən rayon və şəhərlərdə yerləşən Şəhidlər xiyabanları və şəhidlərin xatirə kompleksləri ziyarət olunub, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Regional idarələrin akt zallarında şəxsi heyət qarşısında Anım Gününə həsr olunmuş çıxışlar keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 28 Sentyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















