Icma.az
close
up
RU
Son 36 ildə ilk dəfə...

Son 36 ildə ilk dəfə...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“The Washington Post” niyə geri çəkildi?

ABŞ-da keçiriləcək prezident seçkilərinə bir həftə qalmış namizədlər son görüşlərini keçirirlər. Respublikaçıların namizədi Tramp son görüşlərini mərkəz ştatlara yönləndirib - eks-prezident Nyu-Yorkda izdihamlı mitinq keçirib.  Tramp Manhettenin mərkəzində yerləşən məşhur Madison Square Garden arenasında baş tutan mitinqdə çıxış edərək bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə dünya tarixində ən böyük iqtisadiyyatı quracaq: “Son prezidentlik dönəmimdə də belə idi - biz inflyasiyaya tez bir zamanda qalib gələcək, sadəcə olaraq, Amerikanı yenidən əlverişli hala gətirəcəyik”.  Mitinqdə, həmçinin seçkidən kənarda qalan və Trampı dəstəkləmiş prezidentliyə keçmiş müstəqil namizəd Robert Kennedi, eləcə də, Vladimir Putindən müsahibə alan siyasi şərhçi -jurnalist Taker Karlson da çıxış ediblər.  Qeyd edək ki, Nyu-York Demokratlar Partiyasının “qalası” hesab olunur - bu şəhərdə respublikaçı namizədin sonuncu dəfə dəstəklənməsi 1984-cü ilə təsadüf edir. Bununla belə, “ikinci paytaxt” Tramp üçün də doğmadır - o, biznesinə burada başlayıb və hələ də onun qərargahı olan “Trump Tower”i məhz Nyu-Yorkda inşa etdirib.

Kim kimi dəstəkləyir?

Bu arada namizədlərə verilən dəstəklər davam edir. Bilindiyi kimi, Trampı dəstəkləyənlər arasında daha çox milyarderlər “gözə dəyir”. Respublikaçı namizədi 49 milyarder dəstəkləyir. “Forbes” yazıb ki, Tramp əsasən ABŞ-nin sənaye maqnatlarından, o cümlədən “Crown Quest Operating” neft-qaz şirkətinin baş direktoru Timoti Dunn, ABŞ-nin “Home Depot” pərakəndə satış şəbəkəsinin həmtəsisçisi Harold Hamm tərəfindən geniş dəstək alır.

 Trampın ən fəal dəstəkçisi ixtiraçı milyarder İlon Mask isə onun prezident seçkilərində qalib gəlməsi halında federal xərclərin ən azı 2 trilyon dollar azaldılacağını açıqlayıb. “Mən təxminən 2 trilyon dollar düşünürəm. Bu, vergilərə aiddir; istər birbaşa, istərsə də dolayısı ilə pulunuz boşa gedir,” - deyə Mask, Madison Square Gardendə Tramp tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Xatırladaq ki, Trampın seçki kampaniyasına 119 milyon dollar kömək etdiyi vurğulanan Maskdan yeni hökumətdə Səmərəlilik Departamenti (DOGE) adlı  quruma rəhbərlik etməsi istənilib.

Harrisin dəstəkçiləri arasında isə sənətçilər diqqət çəkir. “Associated Press” xəbər verir ki, Kamala Harrisin ötən cümə günü Hyustonda baş tutmuş kampaniyasının ən böyük mitinqində pop ulduzu Beyons iştirak edib. Hollivud aktyorları Robert De Niro və Leonardo Di Kaprio da Demokratların namizədinin tərəfdarı olduqlarını bəyan ediblər. Hazırki vitse-prezidentin dəstəkçiləri arasında Emmi mükafatı laureatı Kerri Vaşinqton, aktrisa Tessa Tompson, rejissor Stiven Spilberq və aktyor Brayan Tur Henri də var.

Faşist ittihamı...

Trampın Madison Square Garden - də keçirilən mitinqi böyük qalmaqalla müşayiət olunub. Tədbirdə çıxışlar zamanı bəzi etikadan kənar ifadələr işlədilib ki, demokratlar bundan antipiar kimi istifadə etməyə başlayıblar. Tədbirin açılışında çıxış edən peşəkar güləşçi Halk Hoqan və Nyu-York şəhərinin keçmiş meri Rudy Culianinin Kamala Harris haqqında “terrorçuların tərəfində” olduğu ittihamları səsləndirməsi qarşı tərəfdə qəzəb yaradıb - bu səbəbdən də, bəzi demokratlar Trampın tədbirini 1939-cu ildə Madison Square Gardendə keçirilmiş nasist mitinqi ilə müqayisə ediblər. Bundan öncə Atlantada keçirilən mitinqdə Tramp Harrisi “faşist” adlandırmışdı. O bildirmişdi ki, rəqibi ölkənin yarıdan çoxunu düşmən, faşist və nasist adlandırır: “Ancaq o, faşistdir. Oldu? O, faşistdir”.

“The Washington Post” imtina etdi...

ABŞ-ın siyasi dairələrində seçkinin nəticələri ilə bağlı hələ də yekdil rəy formalaşmayıb. Maraqlıdır ki, əvvəlki prosesdə daha aktiv olan media susur. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə öncədən proqnoz səsləndirmək çətin hesab olunur - “The Washington Post” nəşri isə son 36 ildə ilk dəfə olaraq prezident seçkisində hansısa namizədi dəstəkləməkdən imtina edib. Bu barədə qəzetin icraçı direktoru Uilyam Lyuis bildirib. Onun sözlərinə görə, qəzet gələcəkdə olacaq prezident seçkisi ilə bağlı da analoji mövqedən çıxış edəcək. Lyuis habelə deyib ki, belə bir imtina ilə “The Washington Post” oxucuların namizəd seçimi ilə bağlı qərarlarını sərbəst vermək qabiliyyətinə inam ifadə etmək istəyib. Əlavə edib ki, nəşrin işi - oxucuları qərəzsiz xəbərlərlə təmin etmək, onları düşündürən, nəticə çıxaran materiallar dərc etməkdir.

Qeyd edək ki, qəzet 1877-ci ildə Stilson Hatçins tərəfindən yaradılıb. 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlayan nəşr hazırda ara günləri 550, istirahət günləri isə 800 minə yaxın tirajla dərc olunur. 1960-cı illərdən 1980-ci illərə qədər qəzet tez-tez ABŞ rəhbərliyinin siyasətini solçu mövqedən tənqid edirdi. Qəzet ilk dəfə 1952-ci il seçkilərində namizəd Duayt Eyzenhauerə səs verməyi təklif edib və onu dəstəkləyib. 1976-cı ildən isə namizədlərə açıq dəstək verilməsi ənənəsi daha da möhkəmlənib. 2024-cü ildə müşahidə olunan “bitərəflik” yeganə bir seçkidə - 1988-ci il “ata” Buş hakimiyyətə gələn zaman sərgilənib. Qəzetin redaksiya siyasəti isə Demokratlar Partiyasının tutduğu mövqelərə yaxın hesab edilir.

Bir sıra siyasi mütəxəssislər qəzetin belə bir addım atmasını hazırki prezident Baydenin uğursuz siyasi kursu ilə əlaqələndirir. Baydenin apardığı siyasətin elan etdiyi hədəf və prinsiplərlə uyğun gəlmədiyi qənaətində olan qəzet Harrisi dəstəkləyəcəyi təqdirdə ənənəvi oxucularından məhrum olma təhlükəsi yaşaya bilər. Bu faktı demokratların hazırki namizədi ilə də əlaqələndirənlər tapılır - belə ki, Harrisin kifayət qədər geniş publikaya malik olmaması, ictimai rəydə birmənalı qarşılanmaması və reputasiyasının Trampdan geri qalması qəzeti “geri” addım atmağa məcbur edib...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri