Icma.az
close
up
RU
SON 5 İLDƏ 6 MİYARDA YAXIN GƏLİR... Quru sərhədləri AZAL ın varlanması üçün bağlı saxlanılır?

SON 5 İLDƏ 6 MİYARDA YAXIN GƏLİR... Quru sərhədləri AZAL ın varlanması üçün bağlı saxlanılır?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 4 milyon 44,7 min sərnişin daşınıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Rəsmi məlumata görə, hava nəqliyyatından istifadə edən sərnişinlərin 3 milyon 296,3 mini beynəlxalq, 748,4 mini isə daxili uçuşlardan istifadə edib. Ötən il sərnişin daşınmasından əldə olunan gəlir isə 2 milyard 99 milyon 1,4 min manat olub. Bu gəlirin 2 milyard 39 milyon 555,8 min manatı beynəlxalq uçuşlardan, 59 milyon 445,6 min manatı isə daxili uçuşlardan əldə olunub.

Xatırladq ki, Azərbaycanda 2020-ci ilin fevral ayından etibarən quru sərhədlərinin bağlı saxlanması hava nəqliyyatı sektorunda sərnişin daşımaların həcmini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, pandemiyadan əvvəlki bir neçə ay ərzində sərnişin daşımaları ciddi şəkildə azalmışdısa, sərhəd keçid məntəqələrində tətbiq olunan məlum məhdudiyyətlər hava yolu reyslərinə olan tələbatı artırmış oldu. Bunun nəticəsində, 2022 və 2023-cü illərdə hava nəqliyyatı ilə daşınan sərnişin sayında ciddi artımlar qeydə alınıb. Məsələn, 2023-cü ilin ilk 9 ayında bu artım, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31% olub. Ötən ilin eyni dövrü ərzində isə hava nəqliyyatı ilə daşınan sərnişin sayı 38.6% artaraq 3,690,500 nəfərə çatıb.

Azərbaycanda quru sərhədlər bağlandıqdan sonra hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı və əldə olunan gəlirləri aşağıdakı formada daha aydın şəkildə anlamaq olar:

- 2020-ci il - 577,9 min nəfər sərnişin daşınıb - 343 milyon 383 min manat gəlir əldə olunub;

- 2021-ci il - 1 milyon 132 min nəfər sərnişin daşınıb - 635 milyon 109 min manat gəlir əldə olunub;

- 2022-ci il - 2 milyon 253 min nəfər sərnişin daşınıb - 1 milyard 261 min manat gəlir əldə olunub;

- 2023-cü il - 2 milyon 911 min nəfər sərnişin daşınıb - 1 milyard 473 min manat gəlir əldə olunub;

- 2024-cü il - 4 milyon 44 min nəfər sərnişin daşınıb - 2 milyard 99 min manat gəlir əldə olunub.

Qeyd edək ki, quru sərhədlərinin bu qədər uzun müddət bağlı saxlaılmasının əsas səbəbi kimi təhlükəsizlik faktoru göstərilir. Qeyd edilir ki, sərhədlərin bağlı qalması regional təhlükəsizlik və geosiyasi risklər baxımından zəruri addımdır.

Bununla belə mediada, sosial şəbəkələrdə gedən müzakirələrdə quru sərhədlərinin bağlı saxlanılması ilə bağlı başqa iddialara da rast gəlinir.

Məsələn, bəziləri bu addımı daxili turizmin inkişafı ilə əlaqələndirir. Onların fikrincə, sərhədlərin açılmaması ölkə daxilində turizm sektorunun canlandırılması məqsədi güdür.

Başqa bir qrup isə hesab edir ki, quru sərhədlərinin bağlı qalması hava nəqliyyatı şirkətlərinin, xüsusilə Azərbaycan Hava Yollarını (AZAL) gəlirlərini artırmaq məqsədi daşıyır.

Bu arqumentlər inandırıcı görünməsə də, quru sərhədlərinin bağlı qalmasının AZAL-ın böyük gəlirlər əltə etməsinə səbəb olduğu mübahisə doğurmur. Rəsmi statistika onu deyir ki, son 5 ildə (2020–2024) Azərbaycanda hava nəqliyyatı ilə ümumilikdə 10 milyon 918 min 600 nəfər sərnişin daşınıb, bu dövrdə əldə olunan ümumi gəlir isə 5 milyard 811 milyon 493 min 400 manat təşkil edib. Yəni, 2020-ci illə müqayisədə quru sərhədləri bağlandıqdan sonra aviaşirkətlərin qazancı nə az, nə çox düz 6 dəfə artıb...

Yerli bazarda ən böyük və əsas sərnişin daşıma şirkəti AZAL-dır. 2024-cü ildə AZAL şirkətinin maliyyə nəticələri ilə bağlı rəsmi məlumatlar hələ dərc edilməsə də, əvvəlki dövrlərdə gəlirlərinin artdığı bildirilir.

Məsələn, 2021-ci ildən pandemiyanın təsirlərinin azalmağa başlaması ilə birlikdə AZAL-ın gəlirləri artmağa başlayıb. Bu dövrdə şirkət sərnişin daşımalarının sayını artırmış və 2021-ci ildə təxminən 1 milyard manat gəlir əldə etmişdir. 2022-ci ildə AZAL-ın gəlirləri bir qədər də artaraq təxminən 1.2 milyard manat yüksəlmişdir. 2023-cü ildə AZAL-ın gəlirləri 1 milyard 473 milyon manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 28,1% artım deməkdir. Eyni zamanda, şirkətin xalis mənfəəti 6,4% artaraq 117,7 milyon manata çatıb.

2023-cü ildə AZAL-ın dövlətdən aldığı subsidiya 5 dəfədən çox azalaraq 21 milyon 240 min manat təşkil edib. Şirkət 2022-ci ildə dövlətdən 108 milyon 809 min manat subsidiya almışdı.

2023-cü ildə AZAL-ın cəmi əməliyyat gəlirləri 1 milyard 496 milyon 170 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 349 milyon 641 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 146 milyon 529 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 28 milyon 846 min manat mənfəət vergisi ödəyib.

31 dekabr 2023-cü il tarixində AZAL-ın cəmi aktivləri 2 milyard 640 milyon 517 min manat olub ki, bu da illik müqayisədə 17,8 % çoxdur. Hesabat dövründə aviaşirkətin öhdəlikləri 5,2 % artaraq 3 milyard 169 milyon 624 min manata çatıb, balans kapitalının çatışmazlığı isə 31,5% azalaraq 529 milyon 107 min manata düşüb.

Bu müddətdə AZAL-ın aşağı büdcəli törəmə şirkəti olan “Buta Airways”-də gəlirlərində artım qeydə alınıb. 2022-ci ildə “Buta Airways” təqribən 100-120 milyon manat arasında gəlir əldə etmişdir. 2023-cü ildə “Buta Airways”-in gəlirləri təxminən 130 milyon manat civarında olmuşdur.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, 2023-cü illlə müqayisədə ötən il sərnişindaşımadakı əhəməiyyətli artım COP-29 tədbirinin keçirilməsi ilə əlaqədar olub. Ekspert xatırladır ki, tədbirlə əlaqədər on minlərlə insan Azərbaycana səfər etmişdi.

X. Kərimli qeyd edir ki, quru sərhədlərinin bağlı qalması insanları məcburən hava nəqliyyatına yönəldir:“Ölkəni tərk etmək üçün alternativ bir variant yoxdur. Turizm, iş, təhsil və ya hər hansı bir məqsədlə ölkəni tərk edən və ya bura gələn insanlar məcburən hava nəqliyyatından istifadə etməli olurlar. Ancaq quru sərhədləri bağlı olsa da, bu il əvvəlki ildə olduğu kimi, sərnişin sayında artım gözlənilmir. Çünki bu il COP səviyyəsində bir tədbir yoxdur”.

Ekspert qeyd edir ki, quru sərhədlərinin AZAL-ın gəlirlənin artırılması məqsədi ilə bağlı saxlanması inandırıcı deyil.

“Hesab etmirəm ki, dövlət şirkəti varlansın deyə bu cür cılız bir siyasət həyata keçirsin. Qətiyyən bu cür düşünmürəm. Hökumət niyə quru sərhədlərini bağlı saxlayır? Bax, bunu cəmiyyətə açıq şəkildə izah etmir. Ona görə də bu gün ortaya bu cür mülahizələr çıxır. Amma yaxşı olardı ki, hökumət bunun səbəbləri haqqında ictimaiyyətə hesabat versin”, -deyə ekspert bildirib.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 May 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri