Icma.az
close
up
RU
“Yaşıl enerji” erası başlayır

“Yaşıl enerji” erası başlayır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Dövlət Neft Şirkətinin yeni transformasiya strategiyası

Azərbaycanın iqtisadi inkişafının əsas dayaqlarından biri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yeni dövrdə tamamilə fərqli inkişaf mərhələsinə qədəm qoyur. Uzun illər ərzində neft-qaz sektorunun aparıcı qüvvəsi kimi tanınan şirkət indi qlobal enerji mənzərəsində öz missiyasını yenidən müəyyənləşdirir.

Artıq SOCAR-ın qarşısında enerjinin gələcəyini formalaşdıran, dayanıqlı iqtisadi artıma xidmət edən və ölkənin enerji təhlükəsizliyini uzunmüddətli perspektivdə qoruyan bir strateji güc mərkəzi missiyası dayanır. Yeni transformasiya siyasəti SOCAR-ın fəaliyyət fəlsəfəsini köklü şəkildə dəyişir. Şirkət yalnız ənənəvi enerji mənbələrinə əsaslanan fəaliyyətlə kifayətlənmir; bu gün diqqət mərkəzində innovasiya, texnoloji modernizasiya və “yaşıl enerji”yə keçidin təmin olunması dayanır. Günəş, külək və digər alternativ enerji resurslarının inkişafı istiqamətində görülən işlər SOCAR-ın gələcəyə baxışını əks etdirir. Bu baxışda əsas məqsəd ekoloji məsuliyyət daşıyan, iqlim dəyişikliklərinə qarşı qlobal səylərə real töhfə verən bir şirkət qurmaqdır.

SOCAR-ın beynəlxalq arenadakı fəallığı da transformasiyanın mühüm tərkib hissəsidir. Şirkət ölkə daxilində deyil, müxtəlif regionlarda həyata keçirilən enerji layihələrində iştirak etməklə strateji tərəfdaşlıq şəbəkəsini genişləndirir. Bu əməkdaşlıqlar həm gəlir mənbələrinin çoxşaxəliliyini təmin edir, həm də şirkətin beynəlxalq nüfuzunu möhkəmləndirir.

Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda SOCAR özünü yeni reallıqlara uyğunlaşdırır. Karbonsuzlaşdırma, enerji səmərəliliyi və “yaşıl” keçid siyasəti şirkətin gələcək strategiyasının əsas sütunlarını təşkil edir. SOCAR bu istiqamətdə həyata keçirdiyi layihələrlə yalnız enerji istehsalçısı deyil, həm də ekoloji dəyərləri qoruyan və sosial rifaha xidmət edən bir enerji brendinə çevrilir.

Xatırladaq ki, COP28 beynəlxalq iqlim konfransında təqdim edilən yeni hədəflər SOCAR-ın enerji siyasətində ciddi dönüş nöqtəsidir. Bunu Bakıda keçirilən COP29 İqlim Konfransında da aydın görmək mümkün idi. Belə ki, Şirkət 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq, 2035-ci ilə qədər hasilat mərhələsində metan emissiyalarını tam şəkildə aradan qaldırmaq və eyni dövr ərzində karbon intensivliyini 30 faiz, ümumi tullantıları isə 20 faiz azaltmaq niyyətindədir. Bu məqsədlər neft şirkətinin enerji istehsalında texnoloji modernizasiyaya, innovasiyalara və resurs səmərəliliyinə yönəlmiş yeni baxışının təzahürüdür.

Bu strategiyanın praktik təzahürlərini beynəlxalq əməkdaşlıq istiqamətində də görmək mümkündür. Şirkət “ACWA Power” və “Masdar”la birlikdə ümumi gücü 3,5 QVt olan enerji layihələrinin icrasını planlaşdırır. Bununla yanaşı, “China Datang Overseas Investment” və “PowerChina” ilə dənizdə 2 QVt gücündə külək elektrik stansiyası layihəsinin hazırlanması nəzərdə tutulub. Bu təşəbbüslər Azərbaycanın enerji xəritəsini yeni mənbələrlə zənginləşdirməklə yanaşı, SOCAR-ın beynəlxalq səviyyədə texnoloji tərəfdaşlıqlarını da gücləndirir.

Transformasiya prosesinin mahiyyətini daha dərindən anlamaq üçün SOCAR-ın Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə müraciət etdik. Qurumdan aldığımız açıqlamada vurğulanır ki, SOCAR enerji sektorunda baş verən son dəyişiklikləri nəzərə almaqla şirkətin maliyyə dayanıqlılığını, fəaliyyət göstərdiyi bazarlarda rəqabətə davamlılığını artırmaq, əməliyyatları daha effektiv formada icra etmək, qlobal istiləşmə ilə mübarizə məqsədilə karbon emissiyasını azaltmaq, sahib olduğu resurslarda səmərəli istifadə etmək məqsədilə şirkətin transformasiya edilməsi zərurəti yaranıb. Transformasiya yuxarı da qeyd edilənləri nəzərə alaraq SOCAR-ın strategiyasına uyğun olaraq həyata keçirilir.

Strateji hədəflər əsasən ölkənin enerji təhlükəsizliyini təmin etmək, bərpaolunan enerji potensialından istifadə edərək “yaşıl enerji” əldə etmək və tərəfdaşlarımız üçün etibarlı enerji təminatçısı olmaqdır. Eyni zamanda, ölkənin sahib olduğu karbohidrogen resurslarının səmərəli formada hasil edilməsi və geoloji kəşfiyyat layihələrinin aparılması da əsas istiqamətlərdəndir. Beynəlxalq genişlənmələr şirkətin korporativ strategiyasına əsasən rəqabət qabiliyyətinin artırılması və fəaliyyət göstərdiyi bazarların şaxələndirilməsi məqsədini daşıyır.

Digər tərəfdən, SOCAR-ın beynəlxalq müstəvidə fəaliyyətinin genişləndirməsi onun əməliyyat və maliyyə dayanıqlılığının artırılması istiqamətində atdığı addımlar kimi qəbul edilə bilər. Şirkət beynəlxalq müstəvidə həyata keçirməyi nəzərdə tutduğu layihələri beynəlmiləl şirkətlərlə birlikdə tərəfdaş formasında həyata keçirməyi nəzərdən keçirir. Şirkətdən verilən məlumata əsasən, layihələrə investisiya qoyuluşlarının əsasən 3 mənbəyi var: SOCAR-ın daxili resursları, borclanma və 3-cü tərəflərlə birlikdə. Şirkət olaraq layihələrin formasından, gəlirliliyindən və başqa faktorlardan asılı olaraq qeyd edilən hər 3 vasitədən istifadə etmək məqsədəuyğun hesab edilir.

SOCAR kimi iri enerji şirkətlərinin enerji siyasətindəki çalarlığı xarici investorların da birbaşa nəzərindədir. Şirkətdən verilən məlumata görə, neftin və qazın hasilatı layihələrində investorlarla münasibətlər əsasən Hasilatın Pay Bölgüsü və Risk-Xidmət Sazişlərinə əsasən tənzimlənir ki, bu tənzimləmə Milli Məclis tərəfindən ratifikasiya edilir. Digər tərəfdən, xarici investorlarla, şirkətlərlə danışıqların əsas prioritetləri kimi şirkətlərin sahib olduqları “nou-hau”nun (know-how), istifadələrində olan son texnologiyaların və metodların ölkəyə gətirilməsi və onun yerli kadrlara aşılanması, ətraf mühitin qorunması və sairə kimi məsələlər danışıqlar mövzusudur. Tərəfdaşlıq modelləri layihələrdən asılı olaraq və şirkətin strategiyasına uyğun olaraq Birgə Müəssisələr, Ümumi tərəfdaşlıq və digər tərəfdaşlıq modellərindən istifadə olunur. Buna misal olaraq qeyd edə bilərik ki, SOCAR ilə “Masdar” və “ACWA Power” şirkətləri ilə tərəfdaşlıq modeli əsasən Birgə Müəssisə kimi nəzərdə tutulur.

Neft şirkətinin bərpaolunan enerji sahəsindəki məqsədlərini reallaşdırmaq üçün təsis etdiyi “SOCAR Green” şirkəti bu istiqamətdə mühüm rol oynayır. Yeri gəlmişkən, şirkət Bakıda keçirilən COP29 konfransı çərçivəsində bərpaolunan enerji mənbələrinin inkişafı, enerji effektivliyi və Azərbaycanın davamlı gələcəyinin dəstəklənməsinə yönəlmiş bir neçə strateji saziş imzalayıb.

Bu kimi proseslərdə əsas şərt müəyyən risk ssenarilərinin nəzərə alınması və təkmilləşdirilməsidir. Şirkətin korporativ strategiyasında qiymət, hasilat və digər bəzi faktorlara dayanan simulyasiyaları edilmiş və simulyasiyanın mümkün proqnozlarına dair təhdidlər və fürsətlərə dair potensial tədbirlər, layihələr nəzərdə tutulub. Şirkətin fəaliyyətinin şaxələndirilməsində də əsas məqsəd qiymət dalğalanmalarının mənfi təsirlərini minimuma endirməkdir. Eyni zamanda, şirkətdə risklərin idarə edilməsinə dair qəbul edilmiş vahid çərçivə vardır. Əməliyyat, maliyyə, strateji və digər risklər qeyd olunan çərçivədə nəzərdə tutulmuş riskin idarə edilməsi önləyici tədbirləri vasitəsi ilə idarə edilir.

Bu gün SOCAR-ın addımları Azərbaycanın enerji gələcəyini formalaşdırır. Ənənədən gələcəyə uzanan bu yolda qurum həm milli iqtisadiyyatın sabitliyinin təminatçısı, həm də regionda yeni enerji dövrünün aparıcı qüvvəsi kimi çıxış edir.

Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see369

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see356

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see337

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see330

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see285

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see263

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see204

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see202

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see197

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see185

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see180

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see174

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see168

Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi

10 İyul 2026 18:20see165

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see163

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see162

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see160

Başmaqdan yaranan suluqlar qadını xəstəxanalıq etdi

10 İyul 2026 22:10see157

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see157

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri