Icma.az
close
up
RU
Son 90 ilin ən aşağı əhali artımı: Bu, ailə qurmağa və uşaq dünyaya gətirmyə əngəllər törədir”

Son 90 ilin ən aşağı əhali artımı: Bu, ailə qurmağa və uşaq dünyaya gətirmyə əngəllər törədir”

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1935-ci ildən bəri Azərbaycanda doğum nisbəti ən aşağı səviyyəyə düşüb. Ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 10 olub.

Azərbaycanda doğum səviyyəsi heç vaxt bu həddə qədər düşməyib. Ən yüksək doğum göstəricisi isə 1960-cı ildə qeydə alınıb – hər 1000 nəfərə 42,6.

“Əhalinin artım dinamikası artıq ölkəmiz üçün acınacaqlı olmağa doğru gedir”. Dördpendirli pizza

Bunu “Yeni Sabah”a sosioloq Mail Yaqub bildirib.

Onun fikrincə, sözügedən tendensiyasının bir sıra səbəbləri var:

“Beynəlxalq təşkilatların proqnozlarına görə, əgər mövcud vəziyyət davam etsə, Azərbaycan əhalisi 2100-cü ildə 8 milyon olacaq. Bu heç də yaxşı hal deyil.

Demoqrafik artım dinamikasının aşağı düşməsinin bir neçə səbəbi var. Birinci səbəb insanın həyata müasir baxışıdır. Daha doğrusu, vətəndaş nikahı. Qız və oğlan birlikdə yaşamağa başlayır, lakin ailə qurmurlar. Təbii ki, ailə qurmadıqda, dünyaya uşaq gətirmək meyli də olmur. Çünki ailə öhdəliyi yoxdur.

Azərbaycanda bu tendensiya başlayıb. Müasir insan istəyir ki, müəyyən maddi imkanlara sahib olduqdan sonra ailə həyatı qursun. Hətta bəzən maddi imkanı yaxşı olsa belə, ailə qurmur. İnsanların bir çoxu düşünür ki, onsuz da gündəlik həyatımı rahat yaşayıram, istədiyim şəxslə münasibət qururam. Mən niyə ailə qurum ki? Əlavə məsuliyyətə nə ehtiyac var?

İkinci ciddi amil mövcud ailələrdə uşaq sayının az olmasıdır. Ötən əsrin 60-cı illərində Azərbaycanda ana olmuş hər qadına orta hesabla düşən uşaq sayı 6.7 idi. Ancaq indi 1.6-dır. Görün nə qədər azalıb. Bəs bizim dini və milli baxışımız hara getdi? Qloballaşan dəyərlərin çarxları arasında dini və milli dəyərlər can verir”.

İqtisadçı Fuad İbrahimov mövzuya dair qeyd edib ki, təbii artımının aşağı düşməsində əsas faktorlardan biri də sosial müavinət və gəlirlərin aşağı olmasıdır:

“Sadə təbirlə, dolanışığın zəif olması, ailə qurmağa və uşaq dünyaya gətirmyə əngəllər törədir. Bizim xalqın abırı, həyası, ağlı həmişə yüksək olub. Adam görür ki, dolana bilmir, uşaq dünyaya gətirmək istəmir. Digər tərəfdən, ailələrin əksəriyyəti maddi problemlər ucbatından dağılır.

“Uşaqpulu”nun mahiyyəti onun üçündür ki, əhalisi azalan ölkələr bu kimi vasitələrlə ailələri uşaq sahibi olmaq istiqamətində həvəsləndirsin. Dövlət demoqrafik azalmanın qarşısını almaq üçün subsidiyalar, yardım paketləri yaradır və insanlarda maraq yaradır ki, əhali azalmasın. Bu kimi həvəsləndirici addımların atılmasına ehtiyac var”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri