SON DƏQİQƏ! ABŞ təyyarələri İranla sərhəddə FOTO
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A Globemaster III və MC-130 Super Hercules tipli hərbi-nəqliyyat təyyarələrinin Türkmənistanda naməlum bir əraziyə eniş etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, bununla bağlı məlumatı açıq mənbəli uçuş izləmə platforması “FlightRadar24” yayıb.
Platformanın məlumatlarına əsasən, təyyarələrin eniş nöqtəsi rəsmi olaraq açıqlanmayıb.
Xüsusi diqqət çəkən məqam MC-130 Super Hercules təyyarəsinin funksiyasıdır. Sözügedən təyyarə əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur:
- xüsusi təyinatlı qüvvələrin daşınması,
- gizli və gecə əməliyyatları,
- helikopterlərə uçuş zamanı avadanlıq ötürülməsi,
- qeyri-standart eniş-qalxma missiyaları.
Qeyd edək ki, Türkmənistanın Tehrandan təxminən 300 kilometr məsafədə yerləşməsi bu enişin strateji əhəmiyyətini daha da artırır. Mövcud vəziyyət fonunda bu addım ABŞ-nin İrana yaxın bölgələrdə hərbi mövcudluğunu gücləndirdiyinə dair növbəti siqnal kimi dəyərləndirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 09 Fevral 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















