İslamabad İran ABŞ danışıqlarına hazırlaşır: paytaxtda əsas yollar bağlanıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 9 aprel, AZƏRTAC
İslamabad İran və ABŞ nümayəndə heyətlərinin danışıqlar üçün Pakistana səfəri ərəfəsində paytaxtın əsas yollarını bağlayıb.
AZƏRTAC xəbər verir ki, İslamabadın hökumət binaları kompleksinin, eləcə də diplomatik nümayəndəliklərin yerləşdiyi qırmızı zonaya girişə sərt məhdudiyyətlər tətbiq edilib. Polis paytaxtda nəzarəti gücləndirib. Bütün əsas yollarda əlavə nəzarət məntəqələri qurulub. Ordu hissələri də asayişin qorumasına cəlb olunub. Eyni zamanda, nümayəndə heyətlərinin yerləşdirilməsi planlaşdırılan “Serena” hotelinə gedən bütün yolları bağlanıb. Danışıqlar səbəbindən aprelin 9-10-da İslamabadda rəsmi tətil elan edilib.
Pakistan Baş nazirin iqamətgahı İran-ABŞ danışıqları üçün alternativ məkan kimi nəzərdən keçirilir.
Qeyd edək ki, aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla 2 həftəlik qarşılıqlı atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib. O, tərəflərin demək olar ki, bütün mübahisəli məsələləri həll etdiyini və Vaşinqtonun Tehranın 10 maddəlik təkliflərini gələcək danışıqlar üçün əsas kimi gördüyünü söyləyib. Tehran da öz növbəsində İrana hücum edilməyəcəyi təqdirdə “müdafiə hücumlarını” dayandırmağa razı olub. İranla ABŞ arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif aprelin 10-da tərəfləri danışıqlara dəvət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 09 Aprel 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















