SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? MÜHÜM AÇIQLAMA
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib.
Qeyd edək ki, Türkiyədə baş verən iqlim hadisələri adətən bir müddət sonra Azərbaycanda da müşahidə edilir.
Bəs oxşar yağışların yaxın vaxtlarda Azərbaycanda da baş verməsi ehtimalı varmı? Toyuqlu pizza
"Yeni Sabah" xəbər verir ki, Sfera.az-a açıqlama verən ekoloq Ənvər Əliyev bildirdi ki, güclü yağıntılar yalnız Türkiyə üçün xarakterik deyil, geniş ərazilərə təsir göstərən planetar atmosfer prosesləri ilə bağlıdır.
Onun sözlərinə görə, Türkiyədən Qafqaza, o cümlədən Azərbaycana qədər uzanan geniş ərazi bu atmosfer proseslərinin təsiri altında qalır.
Ekoloq qeyd edib ki, "Azor maksimumu" adlandırılan antisiklon və digər planetar atmosfer prosesləri hava şəraitinə birbaşa təsir göstərir:
“Bu təsirlər bəzən geniş bir coğrafiyanı əhatə edir. İspaniya, Portuqaliya, Türkiyə, Qafqaz və ətraf ərazilərdə müxtəlif hava hadisələrinin yaranmasına səbəb ola bilir. Hər ölkənin özünəməxsus iqlimi olduğundan, belə proseslərin nə vaxt və hansı intensivlikdə baş verəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək çətin olur. Lakin bütün hallarda biz hər şeyə hazır olmalıyıq. XXI əsrdə təbiətdən asılı vəziyyətdə qalmaq düzgün deyil. İşlərimizi elə qurmalıyıq ki, ölkənin hər bir ərazisində görülən tədbirlər iqlim göstəricilərinə və mümkün iqlim dəyişikliklərinə uyğun olsun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 19 Oktyabr 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















