Son dəqiqə: Muhittin Böcəkdən İmamoğlu ilə bağlı şok iddialar “Zərfi ona verdim”
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Antalyada həbsdə olan Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcək Antalya Baş Prokurorluğunda əlavə ifadə verib.
Sherg.az xəbər verir ki, Böcək ifadəsində Əkrəm İmamoğlu ilə bağlı diqqətçəkən iddialar səsləndirib.
Böcək bildirib ki, 30 noyabr 2023-cü ildə İstanbulda İmamoğlu ilə görüşüb. Onun sözlərinə görə, İmamoğlu bələdiyyə sədrliyinə namizədliyini dəstəkləmək müqabilində ondan təxminən 15 milyon avro maliyyə dəstəyi istəyib.
Böcək iddia edib ki, seçki büdcəsi üçün ayırdığı və dostundan borc aldığı pulla birlikdə 5 milyon avro ödəmək qərarına gəlib. Pulun “havala” sistemi ilə çatdırılması planlaşdırılıb.
Böcəyin ifadəsində ən diqqətçəkən məqam isə pulun çatdırılması ilə bağlıdır. O bildirib ki, dostunun verdiyi, içərisində 100 lirə və üzərində qeyd olan kağızın yerləşdirildiyi zərfi 17 dekabr 2023-cü ildə İstanbulda Əkrəm İmamoğluya şəxsən təqdim edib.
Böcək deyib ki, İmamoğludan tələb olunan məbləğin qalan hissəsini daha sonra, prezidentliyə namizədlik prosesi baş tutacağı təqdirdə ödəyəcəyini bildirib.
Onun sözlərinə görə, İmamoğlunun daha sonra həbs olunması səbəbindən qalan ödəniş həyata keçirilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 18 Avqust 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















