Icma.az
close
up
RU
SON DƏQİQƏ! Nüvə təhdidindən sonra Avropa əhalisi panikada! Yod həbləri almağa başladılar...

SON DƏQİQƏ! Nüvə təhdidindən sonra Avropa əhalisi panikada! Yod həbləri almağa başladılar...

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbin verdiyi silahlarla Ukraynaya Rusiya ərazisini vurmaq icazəsinin verilməsindən sonra Putinin nüvə silahının tətbiqi ilə bağlı hədələr yağdırması Avropada həyəcan və panikaya səbəb olub. Son günlərdə qarşılıqlı olaraq iki ölkənin bir-birinin ərazisini vurması,  Rusiyanın Ukraynadakı kritik nöqtələrə ballistik raketlərlə hücumu iki ölkə arasındakı münaqişəni daha təhlükəli səviyyəyə qaldırıb. Ekspertlər hesab edirlər ki, bu cür hücumlar daha böyük nüvə təhlükəsi yarada bilər.  Xüsusilə Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyindən sonra Rusiyanın nüvə təhdidləri Avropa əhalisini də hərəkətə keçirib. 
Bu proseslərin fonunda Danimarka hökuməti vətəndaşlarını nüvə radiasiyası təhlükəsindən qorumaq üçün yod həbləri almağa çağırıb. Danimarka Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, bu addım ehtiyat tədbiridir və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Bəs, yod tabletləri nə üçündür?

Nüvə qəzaları və ya partlayışlar nəticəsində havaya radiokativ yod  buraxıla bilər. Bunun nəticəsində tənəffüs edilən və ya qida ilə, su ilə qəbul edilən radioaktiv yod tiroid xərçəngi riskini artırır. Yod tabletləri tiroid vəzini radioaktiv yoddan qoruyaraq bu riski azaldır. Lakin bu tabletlər yalnız radioaktiv yoda qarşı təsirlidir.  Digər radioaktiv maddələrə qarşı qorunma təmin etmir. Üstəgəl, yod tabletlərinin yalnız rəsmi qurumların tövsiyəsi ilə və müəyyən hallarda istifadə edilməli olduğu vurğulanır. 

Qlobal miqyasda ekspertlər Ukrayna və Rusiya arasında  münaqişənin nüvə müharibəsinə çevrilmə ehtimalını dəyərləndirməyə çalışırlar. NATO ölkələri vəziyyəti diqqətlə izləyir və radiasiyaya qarşı tədbirləri gücləndirirlər. Xüsusilə Şərqi Avropa ölkələrində nüvə bunkerləri və radiasiya qoruyucu vasitələrin getdikcə daha çox əhəmiyyət qazandığı bir dövr başlayır. Rusiyanın ballistik raket zərbələri və Qərbin bu hadisələrə cavab tədbirləri nüvə böhranının qapıda ola biləcəyi qorxusunu yaradır.

Danimarkada yod həblərinin alınması kimi addımlar həm əhalinin sağlamlığını qorumaq cəhdi, həm də nüvə təhdidlərinin ciddiliyini göstərən simvolik bir mesaj olaraq görülür.

Fatimə Zeynal,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sitat.info
archiveBu xəbər 21 Noyabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri