Icma.az
close
up
RU
SON DƏQİQƏ: Vəfat edən müharibə veteranının pensiya və müavinətini bu şəxslər ala bilər KONKRET

SON DƏQİQƏ: Vəfat edən müharibə veteranının pensiya və müavinətini bu şəxslər ala bilər KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vəfat etmiş müharibə veteranının ölümündən sonra hesabına köçürülmüş aylıq müavinət və pensiya vəsaitlərinin taleyi cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır. Bu vəsaitlərin ailə üzvlərinə verilib-verilməməsi, yoxsa dövlət tərəfindən geri alınıb-alınmaması qanunvericiliklə tənzimlənir.

Maraqlıdır, bu vəsaitlər ailə üzvlərinə, yoxsa dövlət tərəfindən geri götürülə bilər?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, vəfat etmiş şəxsin pensiya kapitalı heç bir halda miras predmeti hesab olunmur.

Ramil Süleymanov

Onun sözlərinə görə, əgər vəfat etmiş şəxsin yetkinlik yaşına çatmayan övladları varsa, onlar 18 yaşına qədər, əyani formada təhsil aldıqları halda isə 23 yaşınadək ailə başçısını itirməyə görə müavinət almaq hüququna malikdirlər. Bu müavinət vəfat etmiş şəxsin yığılmış pensiya kapitalı hesabına ödənilir.

Hüquqşünas qeyd edib ki, həyat yoldaşı da ailə başçısını itirməyə görə müavinət almaq hüququna sahibdir. Eyni zamanda, əgər mərhumun 18 yaşına qədər əlilliyi müəyyən edilmiş övladı varsa, həmin şəxs də pensiya kapitalından müavinət almaq hüququ əldə edir.

Ramil Süleymanov vurğulayıb ki, cəmiyyətdə yanlış təsəvvür formalaşmamalıdır:

“Elə bir fikir yaranmamalıdır ki, şəxs vəfat etdikdən sonra onun yığılmış pensiya kapitalı miras əmlakı kimi varislər arasında bölüşdürülə bilər. Bu, qətiyyən belə deyil. Qanunvericilikdə bu məsələlər açıq və aydın şəkildə tənzimlənib. Heç bir halda pensiya kapitalı miras predmeti hesab olunmur”.

Hüquqşünas əlavə edib ki, bəzi xarici və qonşu ölkələrdə fərqli praktika mövcuddur. Həmin ölkələrdə vəfat edən şəxsin pensiya kapitalı miras kimi varislərə verilə və ya şəxs sağlığında bu vəsaitdən şəxsi əmlakı kimi istifadə edə bilər. Lakin Azərbaycanda bu model tətbiq olunmur.

Beləliklə, vəfat etmiş müharibə veteranının ölümündən sonra hesabına köçürülmüş pensiya və müavinət vəsaitləri yalnız qanunla müəyyən edilmiş şəxslərə – ailə başçısını itirməyə görə müavinət hüququ olan üzvlərə ödənilə bilər, digər hallarda isə bu vəsaitlər miras hesab edilmir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri