Son günlərin trendi: Xurma qatıq pəhrizi nədir, necə tətbiq olunur?
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Son dövrlər geniş yayılan “xurma-qatıq pəhrizi” qısa müddətdə çəki itirmək istəyənlər üçün tətbiq olunan detoks proqramı kimi tanınır.
Pravda.az bildirir ki, bu pəhrizdə əsasən xurma və qatıq gündəlik qidalanmada əsas yer tutur. Xurma təbii şəkər, lif və vitaminlərlə zəngin olmaqla yanaşı, qatıq da probiotik xüsusiyyətləri ilə həzm sisteminə dəstək verir və toxluq hissi yaradır.
Bu pəhrizin əsas üstünlüklərindən biri sadə və asan tətbiq olunmasıdır. Adətən səhərlər 3-4 ədəd xurma ilə başlanan gün, nahar və axşam yeməklərində 1 stəkan yağsız qatıq və təxminən 150 qram xurma ilə davam etdirilir.
Mütəxəssislər bu pəhrizin uzunmüddətli deyil, yalnız qısa müddət üçün nəzərdə tutulduğunu vurğulayır. Şəkərli diabet, həzm problemləri olanlar və hamilə qadınlar isə bu pəhrizə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
Qatıqla birgə xurmanın doyurucu və enerjiverici xüsusiyyəti bu pəhrizi populyar etsə də, balanslı və davamlı qidalanmanın önəmi unudulmamalıdır. Su istehlakına diqqət etmək və pəhrizi idmanla dəstəkləmək tövsiyə olunur.
Əminə Bayramova

