Icma.az
close
up
RU
Son müsabiqədə QHT lərin təqdim etdikləri layihələrin sayında rekord qeydə alınıb Agentlik rəhbəri

Son müsabiqədə QHT lərin təqdim etdikləri layihələrin sayında rekord qeydə alınıb Agentlik rəhbəri

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyət göstərdiyi dövr ərzində keçirdiyi qrant müsabiqələri üzrə Azərbaycan QHT-lərindən daxil olmuş 3 min 965 layihə təklifinə baxılıb, onlardan 2 min 214-ü maliyyələşdirilib. SİA xəbər verir ki, bunu Agentliyin İcraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən dörd il ərzində Agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib:

"Son dörd ildə Azərbaycan QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Agentlik tərəfindən ümumilikdə, 22 milyon manata yaxın vəsait ayrılıb".

İcraçı direktor onu da qeyd edib ki, Agentlik Prezident İlham Əliyevin fərman və sərəncamlarında məsul olduğu tapşırıqların icrası səviyyəsinə görə, 2022-ci ildə 76%, 2023-cü ildə 87,5%, 2024-cü ildə isə 97,3%-lik nəticə göstərib.

Onun sözlərinə görə, Dövlət Proqramları və Milli Fəaliyyət Planları üzrə qurumun icrasına məsul olduğu tapşırıqların sayı isə 2022-ci illə müqayisədə 2024-cü ildə 4 dəfə artıb.

A.Əliyeva vurğulayıb ki, Agentliyin təşkil etdiyi son müsabiqədə QHT-lərin təqdim etdikləri layihələrin sayında rekord qeydə alınıb – ümumilikdə 915 QHT-nin müraciətinə baxılıb:

"2023-cü ildə Agentliyin yeni qrant müsabiqəsi qaydalarının müəyyən olunması və yeni elektron xidmətlərin tətbiqi bu sahədə dönüş yaradıb, layihələrin keyfiyyəti son iki ildə xeyli yüksəlib.

Qurum fəaliyyətində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması, eyni zamanda QHT-lərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərin daha əlçatan olması məqsədilə 2023-cü ildən etibarən elektron xidmətlər portalını istifadəyə verib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri