Icma.az
close
up
RU
Son zəng tədbirinin keçirilməsi üçün rəsmi protokol hazırlanmalıdır Kamran Əsədov

Son zəng tədbirinin keçirilməsi üçün rəsmi protokol hazırlanmalıdır Kamran Əsədov

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

""Son zəng" tədbirləri əslində təhsil prosesinin son mərhələsinin rəmzidir, ancaq Azərbaycanda bu mərasim illərdir ki, məqsədindən kənarlaşdırılıb və sosial şounun, təntənənin, bəzən də istehlakçı yarışının obyektinə çevrilib. Bütün bunların qarşısını almaq məqsədilə Elm və Təhsil Nazirliyi son illərdə daha qətiyyətli addımlar atmağa başlayıb. 2024-cü ilin və xüsusən 2025-ci tədris ilinin sonunda qəbul edilən təlimatlar göstərdi ki, rəsmi qurumlar artıq tədbirin məktəbdə keçirilməsi, təmtəraqlı formatdan uzaq durulması, şagirdlərin məktəbli formasında iştirakı və ailələrə maddi yük salmamaq prinsipinə daha sistemli yanaşmaq niyyətindədir".

Bu fikirləri Redaktor.az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov "Son zəng" haqqında verilən qərardan danışarkən bildirdi.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu il "Son zəng"lə bağlı bir neçə açıq çağırış edib və təlimatlarda qeyd olunur ki, məktəbdənkənar restoran və şadlıq saraylarında təşkil edilən tədbirlər yolverilməzdir:

"Bu isə birbaşa olaraq “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit olunan təhsil prosesində şagirdin fiziki və psixoloji təhlükəsizliyinin təmin olunması prinsipinə əsaslanır. Həmin qanunun 33-cü maddəsi isə qeyd edir ki, təhsil müəssisəsi təhsilalanların sosial rifahına zərər verəcək tədbirlər təşkil edə və ya təşviq edə bilməz.

Əldə olan məlumatlara əsasən, hər il yalnız Bakı şəhərində 300-dən çox məktəbdə son zəng tədbiri keçirilir və bu tədbirlərə ümumilikdə 25-30 min məzun qatılır. Valideynlər tərəfindən toplanan vəsaitin miqdarı isə məktəbdən və rayondan asılı olaraq dəyişsə də, bəzi hallarda bu rəqəm hər şagird üçün 150-300 manat aralığında olur. Bu isə orta hesabla bir tədbirin 4-8 min manat arası büdcəyə malik olması deməkdir. Məlum məsələdir ki, bu cür qeyri-rəsmi pul yığımlarının hüquqi əsası yoxdur və bu, korrupsiya təcrübələrinə zəmin yaradır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, dövlət vəsaiti və ictimai resursların səmərəli və şəffaf istifadəsi əsas prinsiplərdən biri sayılır və bu cür pərdəarxası toplanan vəsaitlər təhsilin ictimai imicinə zərər vurur.

Müsbət tərəfi isə ondan ibarətdir ki, son illərdə ictimai təzyiqin, təhsil ekspertlərinin və medianın bu məsələdəki aktivliyi nəticəsində bəzi məktəblərdə dəyişikliklər hiss olunmaqdadır. Artıq bir çox məktəbdə tədbir məktəb binasında keçirilir, simvolik səhnələr, musiqi, məktəbli çıxışları, müəllimlərlə vida nitqləri ilə kifayətlənir. Bu isə uşaqların və ailələrin üzərindəki sosial və maliyyə yükünü xeyli azaldır. Belə bir tendensiya Estoniya, Finlandiya və Litva kimi ölkələrdə də müşahidə olunur. Məsələn, Finlandiyada “yoxlama imtahanlarının” sonu məktəbdə simvolik tədbirlə qeyd edilir və bu tədbirin təşkili tamamilə şagirdlərin təşəbbüsü, məktəbin nəzarəti və valideynlərin könüllü iştirakı ilə həyata keçirilir. Orada heç bir kommersiya komponenti olmur, əsas vurğu məktəb illərinin mənəvi yekunlaşdırılmasına, cəmiyyətə keçid mərhələsinə hazırlanmağa verilir".

K.Əsədov qeyd etdi ki, Azərbaycanın reallığında hələ də bəzi məktəblərdə bu qərarlar formal qəbul edilir və qeyri-rəsmi yollarla müxtəlif obyektlərdə tədbirlər təşkil olunur:

"Bu, həm qanunvericiliyin dolanılması, həm də bəzi hallarda məktəb rəhbərliyinin ictimaiyyət qarşısında “qayğıkeş görünmək” arzusu ilə bağlıdır. Digər tərəfdən, bəzi valideynlər öz övladlarının sosial mediada “digərlərindən geri qalmasını” istəmir, nəticədə süni təmtəraq və özünüreklam məqsədilə bu qadağaların ətrafından dolaşırlar. Bu isə cəmiyyətin sosial bərabərlik prinsipinə ziddir və məktəb həyatının pedaqoji mahiyyətinə uyğun gəlmir.

Nəticə etibarilə, bu il bəzi məktəblərdə qərarlara əməl olunacaq, digərlərində isə əvvəlki illərdəki yanaşma davam etdiriləcək. Əsas dəyişiklik odur ki, artıq rəsmi təlimatlar mövcuddur, ictimai gözlənti və təzyiq daha güclüdür və medianın bu məsələyə nəzarəti artıb. Dəyişməli olan isə məktəb rəhbərlərinin bu qərarları prinsipial şəkildə tətbiq etməsi və valideynlərlə maarifləndirici dialoqa girməsidir. Həmçinin şagirdlərin özlərinin də bu tədbirin məqsədini anlamağı, onu bayramdan daha çox bir vida dərs kimi qəbul etmələri vacibdir".

Ekspert hesab edir ki, prosesin daha effektiv və davamlı olması üçün məktəbdə "Son zəng" tədbirinin keçirilməsi üçün rəsmi protokol hazırlanmalı, Elm və Təhsil Nazirliyi tərəfindən standart format müəyyən edilməli və bu format hüquqi sənəd kimi tətbiq olunmalıdır.

"Belə olduqda nə məktəb rəhbərliyi, nə müəllim, nə də valideyn qeyri-rəsmi məsuliyyət daşımalı olur. Əks halda, indiki kimi hər il fərdi təşəbbüslərlə “qadağaya baxmayaraq tədbir keçirdik” praktikasının qarşısını almaq mümkün olmayacaq.

Bütün bunların fonunda deyə bilərik ki, "Son zəng"in mahiyyəti yalnız tədrisin bitməsi deyil, məktəbin və cəmiyyətin verdiyi dəyərlərlə şagirdin müstəqil həyata hazırlanmasıdır. Tədbirin hansı məkanda və ya formatda keçirilməsindən daha vacib olan isə onun mənəvi, sosial və pedaqoji dəyəridir. Bu dəyəri isə nə şar, nə musiqi, nə də şadlıq sarayı verə bilər. Onu ancaq məktəb, müəllim və təlim verə bilər", - deyə K.Əsədov vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 May 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri