İranın Zəngəzur qorxusu: Hücum planı, yoxsa informasiya müharibəsi?
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın ali rəhbəri Möctəba Xameneyinin müşaviri Məhəmməd Möxbər Zəngəzur dəhlizinin (TRIPP layihəsinin) yaradılmasına imkan verməyəcəklərini bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, Məhəmməd Möxbər "X" sosial şəbəkəsində ABŞ və Ermənistanın “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” regional nəqliyyat layihəsinin praktiki mərhələsinə başlandığını elan etməsinə sərt münasibət bildirib.
“İstər İranın cənubunda Hörmüz boğazından keçən cənub yolu, istərsə də şimalından keçən Zəngəzur (TRIPP) kimi marşrutlar heç vaxt real dəhlizləri əvəz edə bilməyəcək”-deyə ali liderin müşaviri qeyd edib.
O, İranın regiondakı geosiyasi maraqlarının Tehran üçün “qırmızı xətt” olduğunu və ölkəsinin bunların diqqətdən görməzdən gəlməyə imkan verməyəcəyini vurğulayıb.
Məhəmməd Möxbər İranın regiondakı geosiyasi maraqlarının Tehran üçün “qırmızı xətt” olduğunu qeyd edib. O, İranın maraqlarının nəzərə alınmamasına imkan verilməyəcəyini vurğulayıb. İran rəsmisi region ölkələrinə və layihə tərəfdarlarına Hörmüz boğazı nümunəsindən dərs çıxarmağı tövsiyə edib.
Qeyd edək ki, indiyə qədər TRIPP layihəsinin qəti əleyhinə çıxan rəsmi Tehran ABŞ-İran müharibəsinin müharibəsinin başlanmasından sonra Zəngəzur dəhlizinin reallaşmasına mane olmaq üçün həmin əraziyə hərbi zərbələr endirəcəyi ilə hədələyir. İran bu mövqeyini “Tramp marşrutu”nda guya ABŞ qoşunlarının və kəşfiyyat strukturlarının yerləşədiriləcəyi ilə əsaslandırmağa çalışır. Ermənistan tərəfi dəfələrlə TRIPP layihəsinin keçəcəyi ərazidə ABŞ hərbçilərinin olmayacağına və dəhlizin təhlükəsizliyinin rəsmi İrəvan tərəfindən təmin ediləcəyini bildirsə də, İranın yanaşmasında dəyişiklik baş verməyib.
Hətta noyabrın 3-də İranın ballistik raketlərini Araz çayının sahilinə daşımaqda əsas hədəflərindən birinin Zəngəzur dəhlizi olduğu ehtimal edilir. Noyabrın 12-də isə Müctəba Xameneyinin orduya coğrafi məhdudiyyət olmadan əməliyyat aparmaq göstərişi verməsi müharibənin yenidən başlayacağı təqdirdə, İranın Zəngəzur (TRIPP) layihəsinin keçəcəyi əraziyə hücum edəcəyinə dair proqnozların səslənməsinə səbəb oldu.
İranın bu məsələdə Azərbaycan və Ermənistanla konsensusa gəlməməsində Rusiyanın da mövqeyi ciddi təsirə malikdir. Moskva Avrasiya İqtisadi İttifaqı məkanında TRIPP layihəsinin həyata keçirilməsini özünün geosiyasi və təhlükəsizlik maraqlarına zidd hesab edir. Eyni arqumenti Rusiya da irəli sürürü və Zəngəzur dəhlizində guya ABŞ hərbçilərinin yerləşdiriləcəyini iddia edir. Lakin Rusiya bu təhlükənin İrana qarşı yönəldiyinə dair dezinformasiyalar yaymaqla TRIPP layihəsinin qarşısının Tehranın hərbi təxribatları ilə alınmasına nail olmağa çalışır.
Məhəmməd Möxbərin açıqlamasına da qeyd edilən kontekstdə baxmaq lazımdır. Lakin İran tərəfi bu məsələdə baş verə biləcək iqtisadi risqləri də nəzərdən qaçırmır. Çünki “Tramp marşrutu” Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi sayılır. TRIPP-in qarşısının kəsilməsi alternativ cavab tədbiri kimi Rusiyadan Azərbaycan və İran vasitəsilə Hind okeanına qədər uzanan Şimal-Cənub nəqliyyat dəhlizinin bağlanmasına gətirib çıxara bilər.
Eyni zamanda, rəsmi Tehran İrandan keçməklə Azərbaycanın qərb hisəsi ilə Naxçıvan MR arasında inşa edilən “Araz” dəhlizinin reallaşmasında maraqlıdır. Zəngəzur dəhlizinə hücum Azərbaycanla münasibətlərə təsirsiz ötüşməyəcək ki, bu da İran ərazisindən keçəcək nəqliyyat-tranzit marşrutunun dayanmasına səbəb ola bilər. Ona görə də İran rəsmilərinin bəyanatlarına daha çox informasiya müharibəsinin tərkib hissəsi kimi nəzər salınmalıdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Noyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















