Icma.az
close
up
RU
“Son zəng” xərcləri: 500 1000 manat tələb olunur… KONKRET

“Son zəng” xərcləri: 500 1000 manat tələb olunur… KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarşıdan məktəblərdə “Son zəng” tədbirləri gəlir. Bir çox təhsil müəssisəsində artıq hazırlıqlara başlanılıb, məzun geyimləri sifariş edilir, restoran və foto çəkilişləri üçün planlar qurulur. Lakin bu hazırlıqlar bəzi valideynlər üçün ciddi maliyyə yükünə çevrilib.

KONKRET.az xəbər verir ki, bununla yanaşı, bəzi məktəblərdə “Son zəng” hazırlıqlarının dərs prosesinə təsir etdiyi, şagirdlərin vaxtının daha çox rəqs məşqləri və müxtəlif təşkilati işlərə sərf olunduğu bildirilir. Belə ki, tədbirin mahiyyəti bəzən ikinci plana keçir, diqqət daha çox təmtərağa yönəlir.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi hər il “Son zəng” tədbirləri ilə bağlı məktəblərə xüsusi təlimat göndərir. Təlimatda tədbirlərin məktəb ərazisində keçirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması, təmtəraqlı və əlavə xərc tələb edən təşkilatlardan uzaq durulması, həmçinin tədris prosesinin pozulmaması tövsiyə edilir. Nazirlik məktəblərə və valideynlərə tədbirlərin daha sadə və məzmunlu formada təşkili ilə bağlı çağırış edir.

Bəs təlimata əməl olunurmu?

Mövzu ilə bağlı Pravda.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Cahid İmanlı bildirib ki, təhsilin müəyyən pillələrinin başa çatması münasibətilə tədbirlərin keçirilməsi illərdir formalaşmış ənənədir və bunun tam qadağan olunması düzgün yanaşma hesab edilə bilməz.

O qeyd edib ki, əsas məsələ tədbirlərin tədris prosesinə mane olmaması və kommersiya xarakteri daşımamasıdır: “Daha yaxşı olardı ki, bu tədbirlərə hazırlıq tədris prosesini pozmasın, eləcə də bahalı, təmtəraqlı və kommersiya məqsədli olmasın. Məktəb rəhbərliyi Elm və Təhsil Nazirliyinin məzun günü ilə bağlı məktəblərə göndərdiyi təlimata düzgün əməl etsə, əslində bu qədər problem yaranmaz”.

Ekspertin sözlərinə görə, bəzi məktəblərdə şagirdlərin rəqs məşqləri dərs saatları ərzində təşkil olunur ki, bu da yolverilməzdir: “Elə hallar olur ki, şagirdlərin rəqsə hazırlığı dərs müddəti ərzində həyata keçirilir. Buna yol vermək olmaz. Məktəb rəhbərliyi tədbirin daha çox əyləncəli yox, bədii keçməsinə çalışmalıdır. Şagirdlərin rəqs hazırlığı dərsdənkənar məşğələlərdə və məktəbin öz imkanları hesabına təşkil olunsa, daha məqsədəuyğun olar”.

C.İmanlı vurğulayıb ki, hazırda məzun günü ilə bağlı yaranan xərclər valideynlərin büdcəsinə ciddi təsir edir: “Məzun günü xərcləri valideynlər üçün əlavə yükdür. Bir şagirdin məzun günü üçün 500-1000 manat pul lazım olur. Direktorlar məzun gününə kommersiya marağı kimi baxmasa, bu xərcləri xeyli azaltmaq mümkündür”.

Mövzu ilə bağlı valideynlər də narahatlıqlarını gizlətmirlər. Onların sözlərinə görə, bahalı geyimlər, foto və video çəkilişləri, restoran məclisləri, rəqs hazırlığı və digər ödənişlər səbəbindən “Son zəng” tədbirləri artıq sadə məktəb ənənəsindən çıxaraq bir növ yarışa çevrilib. Valideynlər arasında bu təmtərağa xüsusi önəm verənlərlə yanaşı, yaranan xərcləri qarşılamaqda çətinlik çəkənlər də az deyil. Hətta bəzi valideynlər bu qədər xərc və dəbdəbəni lazımsız hesab etsələr də, övladlarının digər şagirdlərdən geri qalmasını istəmədikləri üçün məcburən həmin hazırlıqlara qoşulduqlarını bildirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 May 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri