Icma.az
close
up
RU
Sona Quliyeva: İncəsənət inklüziv cəmiyyətin formalaşmasında mühüm rol oynayır

Sona Quliyeva: İncəsənət inklüziv cəmiyyətin formalaşmasında mühüm rol oynayır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, Anara Axundova, AZƏRTAC

İnklüziv cəmiyyət mövzusu ölkəmizdə getdikcə daha çox aktuallaşır. “Arts Council Azerbaijan”ın sədr müavini, sərgilərin və incəsənət layihələrinin kuratoru Sona Quliyeva AZƏRTAC-a verdiyi müsahibədə xüsusi inkişaf özəlliyi olan insanların mədəni tədbirlərə cəlb edilməsinin vacibliyindən danışıb.

“Xüsusi inkişaf özəlliyi olan insanların incəsənət və mədəni tədbirlərə cəlb edilməsi son dərəcə vacibdir, çünki bu, onların sosial inteqrasiyasını təşviq edir, yaradıcı potensiallarını açır və özünəinamlarını artırır. Buna misal olaraq, Avropa Yaradıcı Sənətkarlıq Günləri çərçivəsində “Arts Council Azerbaijan” tərəfindən təşkil edilən xeyriyyə sərgisində xüsusi inkişaf özəlliyi olan uşaqların iştirakını göstərmək olar. Bu cür təşəbbüslər onların özlərini cəmiyyətin bir hissəsi kimi hiss etmələrinə və istedadlarını digər iştirakçılarla bərabər səviyyədə nümayiş etdirmələrinə imkan verir”, - deyə o qeyd edib.

Onun müşahidələrinə görə, incəsənət güclü terapevtik təsirə malikdir və emosiyaların ifadə olunmasına yardımçı olur, ünsiyyət və idrak bacarıqlarını inkişaf etdirir, özünüifadə və sosial adaptasiyanı təşviq edir.

“Bu kateqoriyadan olan insanların iştirakı təkcə öz qabiliyyətlərini nümayiş etdirmək üçün bir fürsət deyil, həm də şəxsi inkişaf və ilham vasitəsinə çevrilir. Xüsusi inkişaf özəlliyi olan şəxslər yaradıcılıq vasitəsilə ətrafdakı dünya ilə qarşılıqlı əlaqədə olmağı və orada öz yerlərini tapmağı öyrənirlər.

İncəsənət inklüziv cəmiyyətin qurulmasında da mühüm rol oynayır. O, müxtəlif qabiliyyət və baxışlara malik insanları birləşdirir, stereotipləri dağıdır və müxtəlifliyə hörməti artırır. Xeyriyyə yarmarkası, sərgi və ya konsert kimi layihələr yaradıcılığın insanlar arasında körpüyə çevrilə biləcəyini, anlaşmanı, rəğbəti və qarşılıqlı dəstəyi təşviq edə biləcəyini nümayiş etdirir. Bu cür təşəbbüslər sayəsində cəmiyyət xüsusi inkişaf özəlliyi olan insanlara daha açıq və rəğbətlə yanaşır”, - deyə Sona Quliyeva vurğulayıb.

“Arts Council Azerbaijan”ın sədr müavini hesab edir ki, incəsənət uşaqlarda incə hərəkətverici bacarıqların inkişaf etdirilməsindən və estetik zövq aşılanmasından tutmuş terapiyada və hətta diplomatiyada istifadəsinə qədər həyat fəaliyyətinin bir çox sahəsini inkişaf etdirmək üçün bir vasitədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri