Icma.az
close
up
RU
Kişi sonsuzluğun müalicəsi

Kişi sonsuzluğun müalicəsi

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Kişi sonsuzluğunun müalicə üsulu onun yaranma səbəblərindən asılı olaraq həkim-androloq tərəfindən müəyyən edilir.

Hər hansı “özbaşına” müalicə, həmçinin müxtəlif ekstrasenslər və digər “şəfavericilər” tərəfindən aparılan müxtəlf “müalicələr” heç bir nəticə verməyəcəkdir.

Bundan savayı, bu halda, həmçinin xəstəliyin müalicəsi üçün çox əhəmiyyətli hesab olunan vaxt itkisinə də yol verilmiş olacaqdır.

Kişi sonsuzluğunun əsas səbəbi - kişi spermasının keyfiyyətinin aşağı olması (canlı və hərəkətli spermatozoidlərin sayının həddən artıq az olması, spermada spermatozoidlərin, ümumiyyətlə, olmaması və s.) hesab edilir. Bu səbəbdən müalicə zamanı həkimlər əsas diqqəti də spermoqramma göstəricilərinin yaxşılaşdırılmasına yönəldirlər. Xəstəliyin müalicə üsulları ilk növbədə, əlbəttə ki, yaranmış olan pozğunluğun səbəbindən asılı olur. Ancaq xəstəliyin səbəbindən asılı olmayaraq aparılan müalicə sxemlərində ümumi qaydalar da mövcuddur. Bu qaydalar aşağıdakılardır:

1. Müalicə hər bir halda fərdi olmalıdır, yəni həkim ilk növbədə xəstədə sonsuzluğun səbəblərini müəyyən etməli və yalnız bundan sonra onun müalicəsi üçün xüsusi müalicə sxemi hazırlamalıdır.

2. Müalicə hər bir halda kompleks şəkildə aparılmalıdır, yəni müalicə sxeminə həm əsas dərman preparatları (xəstəliyin səbəbindən asılı olaraq), həm də köməkçi preparatlar (vitamin və mineral kompleksləri, immunomodulyatorlar və s.) daxil edilməlidir.

3. Müalicə kifayət qədər uzun müddət ərzində aparılmalıdır. Belə ki, spermatozoidlərin yetişməsi prosesi təxminən 74 gün davam etdiyi üçün, kurs müalicəsi də bu rəqəmə yaxın müddət ərzində aparılmalıdır. Əks təqdirdə patoloji spermanın sağlam sperma ilə əvəz olunması baş tutmaya bilər.

4. Spermoqrammanın təkrar müayinəsi isə kurs müalicəsindən təxminən 4-6 həftə sonra aparılmalıdır. Bu, aparılan müalicədən sonra sağlam halda olan xayalar tərəfindən yeni spermatozoidlər kütləsini hazırlamaq üçün müəyyən bir vaxt keçməsi ilə əlaqədardır. Bu halda, spermoqramma göstəricilərinin əvvəlki spermaya deyil, yeni sağlamlaşan spermaya aid olmasına əmin olmaq olar.

5. Müalicə 6 aydan artıq davam etməli deyil: əgər aparılan bir-iki müalicə kursu nəticəsində lazımi effekt əldə edilməyibsə, sonrakı müalicə kursları, adətən, effektsiz olur. Bu halda həkim xəstəyə hər hansı bir müvafiq süni mayalanma üsulunu təklif edə bilər.

6. Spermanın göstəriciləri yaxşılaşdığı halda isə, hamiləliyin baş tutması üçün çox gözləmək də lazım deyil. Əfsuslar olsun ki, bir çox hallarda alınan müsbət nəticələr çox da davamlı olmur. Belə ki, bir müddət keçdikdən sonra spermanın göstəriciləri əvvəlki keyfiyyətsiz hala qayıda bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri