Icma.az
close
up
RU
Hindistan USAID və Soros Fondunu ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi

Hindistan USAID və Soros Fondunu ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Donald Tramp administrasiyası tərəfindən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) şübhəli təşəbbüslərə maliyyə ayırdığı yeni faktların üzə çıxarılması fonunda, Hindistan bu qurumu və amerikalı milyarder Corc Sorosun fondunu ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

Oxu.Az-ın rg.ru-ya istinadən bildirdiyinə görə, sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) tərəfindən USAID-in amerikalı vergi ödəyicilərinin pullarını ziddiyyətli proqramlara xərclədiməsi ilə bağlı yeni bir sənəd dərc edilib.

Siyahıda, xüsusilə, "Hindistanda seçici fəallığının artırılması" üçün ayrılan 21 milyon dollar və "Banqladeşdə siyasi mühitin gücləndirilməsi" üçün ayrılan 29 milyon dollar kimi böyük məbləğlər yer alıb.

Xatırladaq ki, Banqladeşdə keçən ilin yazında kütləvi iğtişaşlar baş verib. Bu iğtişaşlar Hindistana yaxın olan Banqladeş hökumətinin süqutuna və ölkənin baş nazirinin Yeni Dehlidə sığınacaq axtarmasına səbəb olub.

Vaşinqtondan gələn bu açıqlamalar, USAID-in Hindistan və Cənubi Asiya regionundakı digər ölkələrdə siyasi proseslərə maliyyə ayırdığını ortaya qoyaraq, Hindistan Baş naziri Narendra Modinin yaxın ətrafında və ölkənin hakim partiyasında qəzəbli reaksiyalara səbəb olub.

Məşhur hind iqtisadçısı Sanciv Sanyal USAID-in fəaliyyətini "insanlıq tarixinin ən böyük fırıldağı" adlandırıb.

Hind siyasətçisi Amit Malviya isə bildirib ki, seçici fəallığı üçün 21 milyon dollar açıq-aydın Hindistandakı seçki proseslərinə xarici müdaxilədir.

"Bunun qazananı kimdir? Əlbəttə ki, hakim partiya deyil!", - o qeyd edib.

Siyasətçinin sözlərinə görə, Hindistanın daxili işlərinə qarışmaqda amerikalı milyarder Corc Soros və onun "Açıq Cəmiyyət" Fondu da iştirak edib. Bu fond USAID vasitəsilə maliyyələşdirilib.

"The Times of India" qəzetinin məlumatına görə, Hindistan Milli Məclisinin bir sıra deputatları da USAID və Soros Fondu vasitəsilə Hindistan və Cənubi Asiya regionu ölkələrində sabitliyin pozulması cəhdləri ilə bağlı açıqlamalar veriblər. Xüsusilə, Hindistan Konqresinin üzvü Nikişant Dubinin sözlərinə görə, məhz Nepal və Banqladeşdəki iğtişaşlara ABŞ Beynəlxalq İnkişaf Agentliyi səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Fevral 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri