Icma.az
close
up
RU
SOS: Evlərdə zəncirlənmiş uşaqlar total yoxlamalar zamanı

SOS: Evlərdə zəncirlənmiş uşaqlar total yoxlamalar zamanı

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Azərbaycanda uşağın anası tərəfindən uzun müddət zəncirlənmiş vəziyyətdə saxlanılması ilə bağlı məlumatlar araşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli KİV-in sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məsələ ilə bağlı ərazi polis idarəsində araşdırma aparılır.

"Uşaq ilkin tibbi müayinədən keçirilməsi və sığınacaqla təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Həmçinin ananın narkoloji və psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılacaq", - o bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, uşaq illərlə zəncirdə saxlanılaraq normal qidalanmadan, təhsildən və sosial mühitdən məhrum edilib.

Təəssüf ki, valideyn tərəfindən övlada işgəncə verilməsi faktı ilk deyil. Azərbaycanda onlarla belə hadisənin üstü açılıb. Bu cür halları aşkarlamaq asan olmur.

Vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, uşağa qarşı zorakılıq təkcə küçədə, uşaq evində və ya yad şəxslər tərəfindən baş vermir, ən ağır cinayətlər bəzən elə uşağın təhlükəsiz olduğu yerdə yaşanır: “Əgər sosial şəbəkələrdə yayılan və Daxili İşlər Nazirliyinin araşdırdığı məlumatlar təsdiqini tapsa, söhbət təkcə valideyn məsuliyyətsizliyindən deyil, uzun müddət davam edən sistemli işgəncədən gedəcək. Azərbaycan Konstitusiyası mənzilin toxunulmazlığını təmin edir. Heç bir dövlət orqanı istədiyi vaxt və istədiyi əsasla vətəndaşın evinə daxil ola bilməz. Bu, hüquqi dövlətin əsas prinsiplərindən biridir. Əks halda, sabah hər hansı məmur profilaktik yoxlama adı ilə istənilən evə girə bilər ki, bu da vətəndaş hüquqlarının kobud pozuntusu olar. Lakin eyni Konstitusiya uşaqların dövlət tərəfindən xüsusi müdafiəsini də nəzərdə tutur. Əgər uşağın həyatı, sağlamlığı və ya təhlükəsizliyi üçün real təhlükə barədə məlumat varsa, artıq məsələ şəxsi həyatın toxunulmazlığından çıxaraq dövlətin müdaxilə etməli olduğu hüquqi vəziyyətə çevrilir”.

Ceyhun Yusifov deyib ki, əsas meyar şübhə deyil, əsaslı məlumatdır: “Əgər polisə, qəyyumluq orqanına, müəllimə, həkimə və ya sosial xidmətə uşağın işgəncəyə məruz qalması, ac saxlanılması, zəncirlənməsi, döyülməsi barədə məlumat daxil olursa, dövlət qurumları bunu araşdırmağa borcludurlar. Lazım gəldikdə məhkəmə qərarı əsasında və ya təxirəsalınmaz hallarda qanunun verdiyi səlahiyyət çərçivəsində müdaxilə edilə bilər”.

Bəs bəzilərinin təklif etdiyi kimi qapı-qapı gəzib monitorinq aparmaq mümkündürmü?

Ceyhun Yusifov deyib ki, əgər söhbət icra hakimiyyətinin əməkdaşlarının və ya komitə nümayəndələrinin bütün evləri gəzərək insanların qapısını döyməsindən gedirsə, bunun hüquqi əsası yoxdur: “Heç bir məmur “uşaqları yoxlayırıq" deyərək vətəndaşı qapını açmağa məcbur edə bilməz. Ancaq sosial xidmətlər risk qrupuna daxil olan ailələrlə işləyə bilərlər. Məsələn, narkomaniya və alkoqolizm problemi olan valideynlər; məişət zorakılığı faktları qeydə alınmış ailələr; əvvəllər uşaqları ilə bağlı şikayət olmuş ailələr; məktəbə göndərilməyən uşaqlar və sosial cəhətdən təhlükəli hesab edilən ailələrdə monitorinq aparıla bilər. Belə ailələr üzrə monitorinqlər həm qanunidir, həm də zəruridir. Əslində problem ondan ibarətdir ki, Azərbaycanda preventiv sosial xidmət institutu kifayət qədər inkişaf etməyib. İnkişaf etmiş ölkələrdə müəllim uşağın bədənində göyərmə görəndə, həkim uşaqda zorakılıq əlamətləri hiss edəndə, qonşular davamlı ağlama səsləri eşidəndə dərhal sosial xidmətlər işə başlayır. Bizdə isə çox vaxt hadisə illərlə davam edir və yalnız video yayılandan sonra dövlət hərəkətə keçir”.

Valideyni hansı hüquqi məsuliyyət gözləyir?

Ceyhun Yusifovun sözlərinə görə istintaq müəyyən etsə ki, uşaq uzun müddət azadlıqdan məhrum edilib, fiziki və psixoloji işgəncəyə məruz qalıb, qidalanma və təhsil hüququndan məhrum edilib, onda bir neçə cinayət tərkibi yarana bilər: “Bunlara işgəncə xarakterli hərəkətlər, sağlamlığa zərər vurma, qanunsuz azadlıqdan məhrum etmə, valideynlik vəzifələrinin kobud şəkildə yerinə yetirilməməsi və digər maddələr daxil ola bilər. Bundan əlavə, Ailə Məcəlləsinə əsasən valideyn valideynlik hüququndan da məhrum edilə bilər. Burada ən vacib məsələ cəzanın sərtləşdirilməsi deyil. Əsas məsələ belə hadisələrin baş verməsinin qarşısını almaqdır. Uşaq illərlə zəncirlənmiş vəziyyətdə qalıbsa, deməli həmin müddətdə məktəb, tibb müəssisəsi, yerli icra strukturları, sosial xidmətlər və qonşuluq mühiti bu uşağı ümumiyyətlə "görməyib". Bu isə artıq təkcə bir valideynin deyil, uşaqların müdafiə sisteminin də ciddi suallar doğurduğunu göstərir. Ona görə də çıxış yolu bütün evlərdə total reydlər keçirmək deyil. Bu, həm qanunsuz olar, həm də vətəndaşların konstitusion hüquqlarını pozar. Daha düzgün model risk qrupunda olan ailələrin vahid elektron qeydiyyatının yaradılması, məktəb, səhiyyə, polis və sosial xidmətlər arasında operativ məlumat mübadiləsinin təmin edilməsi, anonim məlumat vermə mexanizmlərinin gücləndirilməsi və peşəkar sosial işçilərin sayının artırılmasıdır. Hüquqi dövlətin vəzifəsi hər qapını döymək deyil. Hüquqi dövlətin vəzifəsi təhlükə siqnalını vaxtında eşitmək və uşaq faciəyə çevrilməzdən əvvəl müdaxilə etməkdir. Bu, həm Konstitusiyanın mənzil toxunulmazlığı prinsipinə, həm də dövlətin uşaqları qorumaq öhdəliyinə tam uyğundur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Avqust 2026 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri