Icma.az
close
up
RU
SOS: Təhsil Nazirliyinin səhlənkarlığı gənclərin gələcəyini riskə atır

SOS: Təhsil Nazirliyinin səhlənkarlığı gənclərin gələcəyini riskə atır

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Hər il olduğu kimi bu il də ali məktəbə daxil ola bilməyən abituriyentlərin bir qismi  çıxış yolu kimi  xaricdə təhsil almağa üz tutacaqlar. Təəssüf ki, hər il yüzlərlə gəncin diplomu Azərbaycanda tanınmır və bu da onların illərlə çəkdikləri zəhmətin boşa getməsinə səbəb olur.

Bəs xaricdə universitet seçərkən diplomun Azərbaycanda tanınması üçün hansı meyarlara diqqət etmək lazımdır?

Moderator.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda hər il on minlərlə abituriyent ali məktəbə qəbul ola bilmir və bir qismi çıxış yolunu xaricdə təhsil almaqda görür:

 “Təəssüf ki, bu proses çox vaxt planlı deyil, valideynlər və gənclər vasitəçilərin təklifləri ilə hərəkət edir, nəticədə yüzlərlə tələbə diplomunu ölkəyə gətirəndə tanıda bilmir. Dövlət Statistika Komitəsinin 2024-cü ilə dair göstəricilərinə əsasən, son beş ildə Azərbaycanda xaricdə təhsil alanların sayı 30 faiz artıb, amma TKTA-nın (Təhsildə Keyfiyyətin Təminatı Agentliyi) hesabatlarında hər il yüzlərlə diplom tanınmır. Bu fakt göstərir ki, abituriyentlərin seçim prosesində ciddi boşluqlar var və dövlət tərəfindən kifayət qədər marifləndirmə işi aparılmır. Halbuki “Təhsil haqqında” Qanunun 38-ci maddəsində açıq yazılıb ki, xarici ali təhsil müəssisələrinin diplomlarının tanınması Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilməlidir. Lakin həmin qaydaların mahiyyəti geniş ictimaiyyətə izah olunmur, tələbələr yalnız sənədlərini təqdim edəndə problemlə üzləşirlər”.

Təhsil eksperti deyib ki, diplomun tanınması üçün əsas meyarlar kifayət qədər sadədir:

 “Amma bunların izahı ictimaiyyətə çatdırılmır. Birincisi, universitetin öz ölkəsində rəsmi akkreditasiyası olmalıdır. İkincisi, tədris əyani və tam-zamanlı formada həyata keçirilməlidir; distant, onlayn və qiyabi proqramların çoxu tanınmır. Üçüncüsü, tədris müddəti Azərbaycan standartlarına uyğun gəlməlidir: bakalavr pilləsi minimum 3–4 il, magistratura 1,5–2 il, doktorantura 3–4 il olmalıdır. Dördüncüsü, universitet beynəlxalq reytinqlərdə müəyyən göstəricilərə malik olmalıdır. TKTA “QS”, “Times Higher Education” və “Shanghai Ranking” siyahılarında yer alan universitetlərin diplomlarını daha asan tanıyır. Amma bu meyarların sadə dillə cəmiyyətə izahı, marifləndirici kampaniyalar, onlayn bələdçilər və ya valideynlər üçün seminarlar təşkil olunmur. Elm və Təhsil Nazirliyi illərdir yalnız ümumi açıqlamalarla kifayətlənir, konkret yol xəritəsi təqdim etmir.

Müsbət tərəf odur ki, dövlət diplom tanınmasında müəyyən standartları qoruyur və keyfiyyətsiz universitetlərdən alınan sənədlərə “yaşıl işıq” yandırmır. Bu, ölkədə ali təhsil səviyyəsinin aşağı düşməsinin qarşısını alır. Amma mənfi tərəfi ondan ibarətdir ki, gənclər seçim zamanı bu standartlardan xəbərsiz olduqları üçün səhv addım atırlar. Bu, həm ailələrin maddi resurslarını boşa çıxarır, həm də gənclərin illərlə çəkdiyi zəhməti dəyərsizləşdirir. Nazirlik bu sahədə marifləndirmə aparmadığına görə məsuliyyət yükü valideynlərin üzərinə düşür. Dünya təcrübəsinə baxanda, məsələn, Avropa İttifaqında “Lisbon Tanınma Konvensiyası” çərçivəsində tələbələrə açıq məlumat bazaları təqdim olunur, hər kəs seçdiyi universitetin statusunu yoxlaya bilir. Türkiyədə YÖK hər il tanınan və tanınmayan universitetlərin siyahısını dərc edir. Azərbaycanda isə belə açıq siyahılar ya gec paylaşılır, ya da əksər abituriyentlərin diqqətinə çatdırılmır”.

Kamran Əsədov diqqətə çatdırıb ki, müqayisə etdikdə görürük ki, qonşu ölkələrdə abituriyent seçim prosesində dövlət daha aktiv rol oynayır:

 “Gürcüstanda xaricdə təhsil almaq istəyənlər üçün xüsusi məsləhət mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda isə bu boşluq vasitəçilərin əlini gücləndirir, onlar da bəzən gəncləri şübhəli universitetlərə yönəldir. Nəticədə diplom tanınmır və bu, milli insan kapitalına zərbə vurur. Dəyişəcək odur ki, gənclər yenə də xaricdə təhsil almağa can atacaq, vasitəçilər yenə də təkliflərini edəcəklər, yüzlərlə diplom isə tanınmayacaq. Dəyişməli olan isə Elm və Təhsil Nazirliyinin yanaşmasıdır. Nazirlik abituriyentlər və valideynlər üçün açıq məlumat bazası yaratmalı, hər il xaricdə təhsil seçimi ilə bağlı geniş marifləndirici kampaniya keçirməli, riskli universitetlərin siyahısını paylaşmalı idi. Nazirlik bu istiqamətdə iş görmür, marifləndirmə aparmır, planları və proqnozları yoxdur. Geniş dəstəkləyici planlar olmalı idi, amma yoxdur. Məktəblərdə belə marifləndirici dərslər təşkil edilməlidir ki, şagirdlər gələcəkdə seçimlərini daha düzgün etsinlər. Əks halda, hər il eyni mənzərə təkrarlanacaq və gənclərimiz keyfiyyətsiz, tanınmayan diplomlarla geri dönəcəklər. Nəticə etibarilə, diplomların tanınmaması probleminin kökündə informasiya çatışmazlığı və dövlətin zəif koordinasiya siyasəti dayanır. Bu sahədə sistemli yanaşma və açıq planlaşdırma olmadığı müddətdə valideyn və abituriyentlərin səhv seçimlərinin qarşısını almaq mümkün olmayacaq. Bu isə ölkənin təhsil keyfiyyətinə və gələcək insan kapitalının formalaşmasına mənfi təsir göstərməyə davam edəcək”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri