Icma.az
close
up
RU
Sosial əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Sosial əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycan teleməkanında son dövrlər baş verənlər – reytinqli və  gəlirli verilişlərin dayandırılması kifayət qədər müzakirə yaradan, eyni zamanda ziddiyyətə yol açan addım oldu.
Uzun illər efirləri sözün həqiqi mənasında zəbt etmiş sosial yönümlü və əyləncə xarakterli verilişlərin birdən-birə dayandırılması həm tamaşaçılar, həm də media mütəxəssislərini təəccübləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:
"Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı DAYANDIRILIR


Hər nə qədər daha ziyalı kateqoriyadan olan insanlar belə verilişlərə qarşı çıxsalar da, intellektual proqramlar tələb etsələr də publika bu verilişləri nəinki izləyir, hətta hər buraxılışdan edilmiş çıxarışlar sosial şəbəkələrin də gündəm mövzusu olurdu.
Ziddiyəti yaradan da bax elə budur: adətən reytinqi az olan, reklam gəlirləri məhdud verilişlər sıradan çıxarılır, onların yerinə daha baxımlı verilişlər gətirilir. Amma Azərbaycan teleməkanın “bəzəyi” olan bu verilişlər reytinqləri alt-üst edəcək qədər səs-küylü idi. Üstəlik bu telekanalların özəl olduğunu nəzərə alsaq, həm də belə verilişlərə yayımlandığı kanalın kassası demək olardı.
Bəs eləsə bu qədər tamaşaçı kütləsi olan gəlirli verilişlər niyə dayandırıldı?
Səbəbləri rəsmi mənbədən öyrənmək üçün həmin telekanalların məsul şəxslərinə müraciət etdik. Həm ATV (“Bizimləsən”, “Rəngarəng”), həm də ARB  (“Səni axtarıram”, “Elgizlə izlə”, “Həmin Zaur”) telekanallarının mətbuat xidmətindən Bizim.Media-ya bildirildi ki, bu verilişlərin yayımı daxili qaydalara əsasən dayandırılıb:
“Yaradıcı heyətlə rəhbərlik arasında müzakirələr davam edir. Hər hansı yenilik olarsa ictimaiyyətə məlumat veriləcək. Hələlik qərar budur”.
Həmçinin bildirildi ki, efir cədvəlinə dəyişiklik ediləcək. Amma yeni verilişlərin olması və bağlanan verilişlərin  heyətinin gələcək taleyi barədə hələ ki hər hansı məlumat verilmir.
Hansı dəyişikliklər gözlənilir?
Görünən odur ki, dəyişikliklər təkcə proqram cədvəlinin yenilənməsi deyil, efir siyasətində yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Amma sözügedən kanallardan konkret səbəb göstərilmədiyinə görə, bizə yalnız ehtimal etmək qalır. Belə baxanda bu verilişlər kifayət qədər reytinq toplayan və reklam bazarı olan layihələr olsa da son illərdə onların məzmun keyfiyyəti ilə bağlı tənqidlər artmışdı.
Xüsusilə süni şəkildə dramatizasiya və şəxsi sərhədlərin pozulması ön plana çıxırdı, yəni ailə problemlərinin şouya çevrilməsi, özəl həyatın ifşası geniş narazılıq doğururdu. İlk mərhələdə maarifləndirici olsalar da, sonrakı etapda bu funksiya zəiflədi: bəzən cəmiyyətə faydalı olmaq bir yana, hətta zərərli mesajlar ötürülürdü. Hər nə qədər tamaşaçı ilə emosional bağ qurmağı bacarsalar da, getdikcə tənqid edən auditoriya tərəzinin bir gözünü ağırlaşdırdı. Artıq izləyicilər milli dəyərlərə uyğun istiqamətdə verilişlər tələb edirdi.
Hazırkı dəyişikliklər göstərir ki, yeni layihələrin hazırlanması qaçılmazdır.
Rəsmi olaraq efirin yeni verilişlərlə doldurulacağı bildirilsə də, hərəsi 2-3 saat olan bu verilişlərin yaratdığı boşluq əlbəttə ki, hiss olunacaq. Ədəbi-mədəni, tarixi, ciddi sosial proqramlara üstünlük verilə bilər, amma bu seçim özəl kanalların gələcək maddi fəaliyyətini necə tənzimləyəcək? Bu sual açıq olaraq qalır.
Üstəlik kadr məsələsi də var. Böyük bir komanda – aparıcılar, redaktorlar, texniki heyət və s. Bu dəyişikliklər onların taleyi ilə bağlı da suallar doğurur. Böyük ehtimalla tamaşaçı rəğbətini qazanmış kadrlar yeni layihələrə cəlb olunacaq. Hər bir vətəndaş milli teleməkanda daha mədəni əyləncə, səviyyəli yumor, ciddi maarifləndirici veriliş istər, başqa sözlə, tamaşaçı böyük ümidlə daha keyfiyyətli televiziya məkanına keçid gözləyir.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Mart 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri