Icma.az
close
up
RU
Sosial kapital anlayışı İndi münasibətlərə necə yatırım edilir? ANALİZ

Sosial kapital anlayışı İndi münasibətlərə necə yatırım edilir? ANALİZ

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir dünyada hər şey sürətlidir: məlumat, texnologiya, qərarlar və hətta münasibətlər. Bir kliklə tanış olur, bir mesajla əlaqəni kəsirik. Sosial şəbəkələrdə minlərlə virtual dostumuz olsa da, real həyatda bir çox insan getdikcə tək qalır. Məhz bu nöqtədə "dostlara, əlaqələrə, kontaktlara yatırım etmək" anlayışı sadə bir tövsiyə yox, zamanın diktə etdiyi real zərurətə çevrilir.

Bu gün uğur təkcə biliklə, diplomla və ya maddi imkanla ölçülmür. Zaman keçdikcə insanların uğur, dəyər və imkanları ölçmə meyarları dəyişir. Yəni 5-10 il öncə verilən suallar artıq əvvəlki qədər prioritet sayılmır, onların yerini yeni, daha fərqli suallar tutur. Məsələn, "Səni kim tanıyır?", "Kim sənə etibar edir?", "Sən kimlər üçün dəyər yaradırsan?" 

Bu sualların cavabı isə insanın qurduğu münasibətlərdə gizlənir. Əlaqələr artıq sadəcə sosial rahatlıq deyil, karyera, biznes və şəxsi inkişaf üçün real kapitaldır.

Əvvəllər bir insan illərlə eyni çevrədə qala bilərdi. Bu gün isə çevrələr dəyişir, genişlənir, parçalanır və yenidən formalaşır. Bu dəyişikliklər fonunda dostluqları qorumaq, yeni tanışlıqları düzgün qurmaq və münasibətləri dərinləşdirmək şüurlu və strateji yanaşma tələb edir. Çünki təsadüfi qurulan əlaqələr tez dağılır, amma uzunmüddətli və üzərində "zəhmət çəkilən" münasibətlər illərlə nəticə verir. Bir tanışı yalnız ehtiyac olanda axtarırsansa, bu əlaqə qısaömürlüdür. Amma bir insanla illər boyu əlaqəni qoruyursansa, xüsusi günlərdə xatırlayır və təbrik edir, uğuruna sevinir, çətin vaxtında yanında olursansa, o münasibət zamanla etibara çevrilir.

Rəqəmsal dövrdə hər kəs telefondadır, hamı əlçatandır. Amma burada əsas fərq yaranır: əlaqələrin sayı ilə münasibətlərin keyfiyyəti eyni şey deyil. Minlərlə izləyicisi olan, amma ehtiyac anında zəng edəcək kimsəsi olmayan insanlar az deyil. Digər tərəfdə isə çevrəsi böyük olmayan, lakin etibarlı və güclü əlaqələri sayəsində həyatını və karyerasını daha rahat idarə edən insanlar var. Bu fərqi yaradan amil məhz münasibətlərə edilən yatırımdır.
Real həyat bunu dəfələrlə sübut edir. Məsələn, uzun illər IT sahəsində çalışan bir tanışım vardı, bir müddət sonra o, startup mühitinə keçmək istədi, amma haradan başlayacağını bilmirdi. Bir tədbirdə sadəcə maraq üçün qurduğu tanışlıq sonradan ona doğru insanlarla əlaqə yaratmağa kömək etdi. Bu tanışlıq onun karyerasında dönüş nöqtəsinə çevrildi. Bunu şans hesab etmək olmaz, sadəcə vaxtında qurulmuş və qorunmuş əlaqənin nəticəsi idi.

Başqa bir nümunədə isə sadə insan münasibətinin gücü ortaya çıxır. İllər sonra köhnə sinif yoldaşımıza ad günü münasibətilə yazdığımız özəl bir mesaj sayəsində əlaqələrimiz bərpa oluna, canlana, bir müddət sonra həmin insan bizə öz karyeramız üzrə düzgün istiqamət, fayda verə bilər. Yəni bzən bir cümləlik mesaj illərlə qapalı qalmış imkanları aça bilir.

Əlaqələrə yatırım dedikdə çoxları bunu yalnız ehtiyac anında xatırlamaq kimi başa düşür. Halbuki bu, münasibət deyil, istifadədir. Əsl münasibət davamlılıq, maraq və qarşılıqlı etibar üzərində qurulur. Zaman ayırmaq, dinləmək, dəstək olmaq və qarşı tərəfə real dəyər vermək bu prosesin əsasını təşkil edir.
Bu gün peşəkar dünyada da əlaqələrin rolu açıq şəkildə hiss olunur. Ətrafımızda da bir çox iş imkanları rəsmi elanlardan yox, tövsiyələr və tanışlıqlar vasitəsilə yaranır. Bir şirkətdə mühüm vəzifədə işləyən kəsi öncədən tanımaq, iş mühiti haqqında məlumat almaq və etibar qazanmaq artıq ciddi üstünlük sayılır. Sistem sadədir: insanlar insanlara güvənir, daha dəqiq desək güvənmək üçün uyğun insan axtarır.

Əlaqələr yalnız iş və qazanc üçün deyil. Çətin günlərdə yanında olacaq insanlar, səni motivasiya edən dostlar, səhv etdikdə dürüst rəy verən çevrə - bunlar həyat keyfiyyətini birbaşa müəyyən edir. Pul, vəzifə itirilə bilər, mövqe dəyişə bilər, amma güclü və davamlı münasibətlər insanı ayaqda saxlayan əsas dayaqlardan biridir. Bu münasibətlərin cəminə sosial kapital deyilir və bəzən bu kapital maddi qazancdan daha dəyərli olur.

Əlaqələrə yatırıma necə başlayaraq davam etməli? 

Əlaqələrə yatırım nəzəri səviyyədə qaldıqda nəticə verə bilməz. Bu prosesi real həyata keçirmək üçün onu konkret addımlara bölmək lazımdır.

İlk mərhələ mövcud çevrəni dərk etməkdir. Çox vaxt insanlar yeni tanışlıqlar axtarır, amma artıq əlində olan əlaqələri unudur. Məktəb, universitet və əsgər yoldaşları, keçmiş iş yoldaşları, valideynin dostları və onların övladları, əvvəlki müştərilər və tanışlar, hətta uzaq qohumlar və həmkəndlilər - bunlar ən isti və potensiallı əlaqələrdir. Sadə bir siyahı tutmaq kifayətdir: kimlər var, kimlərlə uzun müddətdir əlaqə yoxdur və hansılar yenidən canlandırıla bilər. Sonra məqsəd aydınlaşdırılmalıdır. Hər əlaqə eyni məqsədə xidmət etmir. Biri karyera üçündür, digəri biznes, o birisi istirahət, başqası isə şəxsi inkişaf və ya emosional dəstək. Məqsəd müəyyənləşmədən qurulan əlaqələr dağınıq olur və tez soyuyur.

Bu mərhələdə qrafik və gündəlik çox faydalıdır. Əlaqələrə yatırım da idman və ya oxumaq kimi vərdişdir. Məsələn, həftədə bir gün özün üçün "əlaqələr vaxtı" təyin etmək olar. Həmin gün bir-iki nəfərə mesaj yazmaq, bir zəng etmək və ya bir görüş planlamaq kifayətdir. Bu, gündə cəmi 20-30 dəqiqə vaxt aparır, amma aylar sonra ciddi fərq yaradır.
Görüşlər maksimum dərəcədə rəsmi və uzun olmamalıdır. Çay, qəhvə içmək, qısa gəzinti, səhər yeməyi, yaxud nahar fasiləsi, şam yeməyi - bunlar münasibətləri canlı saxlayan sadə üsullardır. Xüsusən səhər yeməkləri zamanı edilən söhbətlər daha effektiv olur. Əsas məsələ qarşı tərəfi dinləmək və maraq göstərməkdir. İnsanlar dəyər gördükləri və onu dinləyən şəxslərlə münasibətləri qoruyurlar.

Ən çox edilən səhvlərdən biri yalnız ehtiyac yarananda əlaqə saxlamaqdır. Bunun praktik həlli sadədir: ehtiyac olmayanda da zəng edərək, yaxud yazaraq hal-əhval tutmaq. Bir uğurla bağlı təbrik etmək, bir paylaşımı qeyd etmək, maraqlı bir məqalə göndərmək münasibəti "istifadə" səviyyəsindən "əməkdaşlıq" səviyyəsinə qaldırır.

Davamlılıq üçün kiçik qeyd sistemi də faydalıdır. Telefon qeydlərində və ya bloknotda kimlə nə vaxt və nə danışdığını qeyd etmək növbəti ünsiyyəti daha səmimi edir. Detalları xatırlamaq etibar yaradır.

Yeni əlaqələr üçün isə mühit seçimi önəmlidir. Tədbirlər, seminarlar, peşəkar görüşlər və onlayn platformalar fürsətdir. Amma məqsəd vizit kartı toplamaq yox, bir-iki insanla real dialoq qurmaq olmalıdır. Keyfiyyət həmişə kəmiyyətə qalib gəlir.

Əlaqələrə yatırım səbr və zəka tələb edir. Bəzən aylarla görünən nəticə olmur, sonra isə bir əlaqə bir neçə qapını eyni anda açır. Odur ki, bu prosesi qısa qazanc yox, uzunmüddətli güc kimi görmək lazımdır.

Dostlara və əlaqələrə yatırım bu gün artıq seçim deyil, zərurətdir. Sürətlə dəyişən dünyada təkbaşına irəliləmək çətindir. Amma sağlam, səmimi və davamlı münasibətlər üzərində qurulmuş həyat həm daha dayanıqlı, həm də daha mənalı olur. Çox vaxt haraya gedəcəyimizi yox, kimlərlə yol getdiyimizi düzgün seçmək hər şeyi müəyyən edir.

Elnur Ağayev 
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Yanvar 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri