Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Sosial media: Gəncləri qorumaq üçün qadağan edilməlidirmi?

Sosial media: Gəncləri qorumaq üçün qadağan edilməlidirmi?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Avstraliyada 16 yaşdan aşağı şəxslər üçün sosial media qadağası ilin əvvəlindən qüvvəyə mindi. Bəs bu qadağa həqiqətən fayda verirmi? 

Qaynarinfo xəbər verir ki, yeni ildən etibarən 16 yaşından kiçik Avstraliyalıların sosial mediadan istifadəsinə artıq icazə verilmir. Noyabr 2024-də Kanberradakı parlament 16 yaş altı istifadəçilər üçün "Instagram", "Snapchat" və oxşar platformalara girişi qadağan edib. Qərara əsasən, bu platformlar xidmətlərindən istifadə etmək istəyənlərdən yaş təsdiqi tələb etməlidir. Tətbiq etməyənlər üçün 31 milyon avroya qədər cəziyyə nəzərdə tutulur.

Avstraliya baş naziri Entoni Albanese tənzimləməni açıqlayarkən bu ifadələrdən istifadə edib: "Sosial media gənc avstraliyalılarımıza sosial ziyan vurur". Hökumət, gənclərin təhlükəsizliyini və ruhi sağlamlığını iqtisadi maraqlardan üstün tutacağını vurğulayır.

Lakin bu tənzimləmə bütün rəqəmsal xidmətləri əhatə etmir. "Facebook" və "Snapchat"ın mesajlaşma xidmətləri, onlayn oyunlar və "YouTube" kimi video platformaları qadağanın xaricində qalıb. Bu vəziyyət tətbiqin nə qədər effektiv olacağı barədə müzakirələr yaradıb.

Asılılıq yaradan alqoritmlər: Sosial medianın görünməyən üzü

Sosial media tənqidçiləri, bu platformaların xüsusilə gənclərdə asılılıq yarada biləcək şəkildə dizayn olunduğunu iddia edir. Sosial şəbəkələrin alqoritmləri istifadəçiləri mümkün qədər uzun müddət onlayn saxlamaq üçün "dəyişkən möhkəmləndirmə" və ya "dəyişkən mükafat" adlanan geribildirim dövrəsindən istifadə edir. Bu dövrə adətən üç mərhələdən ibarətdir: tətikdirici (məsələn, dost paylaşımı), reaksiya (bəyənmə və ya şərh) və nəhayət mükafat.

Bu mükafatlar beyində dopamin ifrazını təşviq edərək istifadəçidə xoşbəxtlik, hətta eyforiya yaradır. Tətbiq inkişaf etdiriciləri istifadəçilərin ən zəif və ya ən maraqlı olduğu anları müəyyən etmək üçün süni intellektdən istifadə edir. Mükafatların proqnozlaşdırıla bilməməsi, xüsusilə gənclərdə "qaçırma qorxusunu" (FOMO) təşviq edərək asılılığı gücləndirir.

Gündəlik həyata təsiri: Diqqət dağınıqlığı və akademik performans

Yetkinlik yaşındakılar üzərində aparılan araşdırmalar sosial medianın gündəlik həyatda böyük təsir göstərdiyini sübut edir. "Common Sense Media"nın məlumatlarına görə, 13-17 yaş qrupundakı gənclərin 57%-i sosial media tətbiqləri səbəbindən diqqətlərinin dağıldığını bildirir. 54%-i bu tətbiqləri ətrafdakı insanlardan daha maraqlı hesab edir. Hətta 42%-i dostları ilə keçirməli olduğu vaxtı tez-tez telefon başında keçirdiyini etiraf edir.

Bu təsirlər məktəb performansına da birbaşa təsir göstərir. Boş Fondunun dəstəklədiyi "Məktəb Portalı" 2022 PISA məlumatlarını təhlil edərək məktəbdə mobil telefon istifadəsinin təlimə təsirlərini araşdırıb. Araşdırmaya görə tələbələrin 40%-i məktəbdə telefonlarını tamamilə söndürdüklərini qeyd edir, 1/4-ü isə məktəbdə gündə bir saatdan çox telefon istifadə edir.

Diqqət dağıdan əsas amil cihazın özündən çox "hər an əldə edilə bilmə" təzyiqidir. Araşdırmada oğlanların dörddə biri və qızların 40%-i telefonları əlaltında olmadıqda narahatlıq hiss etdiklərini bildirdi. Portalın nəticəsi aydındır: "Gənclər vaxt keçirmək üçün mobil telefonları ilə nə qədər çox vaxt keçirsə, performansları bir o qədər pisləşir". Beş saatdan çox istifadə edənlər bir saatdan az istifadə edənlərlə müqayisədə təxminən iki illik öyrənmə geriliyinə malikdir.

Maraqlıdır ki, rəqəmsal cihazların öyrənmə məqsədi ilə istifadəsində vəziyyət dəyişir. Gündəlik üç saatadək öyrənməyə yönəlmiş rəqəmsal istifadədə uğur azalır, üçdən yeddi saata qədər istifadədə isə ən yüksək performans müşahidə olunur. Lakin yeddi saatı keçən rəqəmsal təhsil istifadəsi yenidən mənfi təsir göstərir.

Zərərli məzmunlar: Nəzarətsiz platformların riskləri

Sosial medianın həddindən artıq istifadəsi təkcə akademik uğuru deyil, psixoloji inkişafı da təhdid edir. Ən çox laqeyd qoyulan təhlükələrdən biri platformalarda asanlıqla rast gəlinən zərərli məzmunlardır. Məsələn, X (əvvəlki adı "Twitter"), 2024-cü il iyun ayında istifadə qaydalarını dəyişdirərək böyüklərə yönəlmiş məzmunlara daha çox yer ayırıb. İlon Mask platformanı satın aldıqdan sonra "sərhədsiz ifadə azadlığı" siyasəti çərçivəsində "OnlyFans" tipli məzmunlar qısa klip şəklində X-də paylaşılmağa başlanıb.

Bu cür məzmunlar əslində etiketlənməli və yalnız açıq razılıqdan sonra göstərilməlidir. Lakin praktikada bu sistem çox vaxt işləmir. Yaş təsdiqi tələb olunmadığı üçün uşaqlar cəmi bir neçə kliklə ağır pornoqrafik məzmunlara çata bilir.

"YouTube" kimi platformlar qeydiyyat zamanı yaş soruşur lakin bu məlumatların düzgünlüyünə nəzarət etmir. "TikTok" da oxşar vəziyyət yaradır. Cəmi bir neçə kliklə istifadəçilər transseksuallıq, uğursuz cinsiyyət dəyişdirmə əməliyyatları və ya özünə ziyan vurma kimi məzmunlarla qarşılaşa bilər.

2023-cü ildə İngiltərə Gənclərin Müdafiəsi Agentliyi bu xəbərdarlığı edib: "Uşaqların pornoqrafiyaya ilk dəfə baxdığı orta yaş 13-dür". 

Eyni hesabata görə, 9 yaşına qədər uşaqların 10%-i, 11 yaşına qədər 27%-i və 13 yaşına qədər 50%-i pornoqrafiya ilə üz-üzə qalır. 18 yaşına çatan gənclərin demək olar ki, hamısı "məcburi, alçaldıcı və ya ağrılı cinsi hərəkətləri təsvir edən" videolar izləyib.

Cəmiyyət və qanunvericilər nə düşünür?

Avstraliya ictimaiyyəti bu mövzuda olduqca aydın fikirdədir. 2024-cü il noyabrda keçirilən "YouGov" sorğusuna görə, əhalinin 77%-i sosial media qadağasını dəstəkləyir. İştirakçıların 82%-i sosial medianın uşaqlar və gənclər üzərində mənfi təsirləri olduğunu düşünür.

Bu münasibət qanunvericilər tərəfindən də qarşılıq tapdı. Avstraliyadan sonra Almaniya da 2021-ci ildə Gənclərin Müdafiəsi Qanununa dəyişiklik etdi. Yeni tənzimləmələrlə yaş təsdiqi, məzmun etiketləmə və aparıcı provayderlər üçün standart hesabat mexanizmləri tətbiq edilib.

Lakin bu tədbirlər milli sərhədlərdən kənara çıxa bilmir. Uşaq Müdafiəsi Assosiasiyasının vitse-prezidenti Yohim Türk CHIP-ə verdiyi müsahibədə bildirib: "Rəqəmsal Xidmətlər Aktı çox şeyin mümkün olduğunu göstərir. Amma beynəlxalq provayderləri tənzimləmək üçün AB səviyyəsində qanuni tənzimləmə tələb olunur".

Almaniyada qanunun əhatə dairəsinə Almaniyada qeydiyyatlı olmayan provayderlər də daxil edildi və 50 milyon avroya qədər cəza nəzərdə tutuldu. Lakin bu caydırıcılığın təsiri məhduddur. "TikTok", X və oxşar böyük provayderlər yaş nəzarət sistemlərindən yayınmağa davam edir. Braziliyanın X platformunu müvəqqəti qadağan etməsi tənzimləmənin beynəlxalq səviyyədə də mümkün olduğunu nümayiş etdirən əhəmiyyətli nümunədir.

Gəncləri qorumaq üçün daha effektiv addımlar mümkündürmü?

Gənclərin rəqəmsal dünyadan qorunması üçün görülən tədbirlər vacib olsa da, kifayət deyil. Mövcud sistemlər yaş təsdiqində uğursuzluq çəkir, məzmun filtrləmə alqoritmləri işləmir və asılılıq yaradan mexanizmlər hələ də fəaliyyətdədir. Üstəlik, qanunlar süni intellektin sosial mediadakı təsirini hələ tam nəzərə almır.

Mütəxəssislər uşaqlar üçün uyğun və məlumat təhlükəsizliyi təmin edən məcburi yaş təsdiqi sistemlərinin zəruri olduğunu bildirir. Bundan əlavə, media savadlılığı və müdrik rəqəmsal istifadə təlimlərinin gücləndirilməsinin vacibliyi vurğulanır.

Qadağalar tək başına həll deyil. Həm gənclərin ruhi və zehni sağlamlığını qoruyacaq, həm də rəqəmsal dövrün tələblərini tarazlığa gətirəcək çoxşaxəli strategiya lazımdır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyul 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri