Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Sosial medianın gücü və təhlükəsi: Rəqəmsal mühitdə məsuliyyətli davranış vacibdir

Sosial medianın gücü və təhlükəsi: Rəqəmsal mühitdə məsuliyyətli davranış vacibdir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sosial media artıq yalnız ünsiyyət vasitəsi deyil, ictimai rəyin formalaşdırılması, ideoloji təsir və sosial davranış modellərinin istiqamətləndirilməsi mexanizminə çevrilib. Bu baxımdan sosial medianın təsirlərinin elmi əsaslarla qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, sosial medianın müsbət tərəfləri danılmazdır:

“İnformasiyaya çıxış imkanlarının genişlənməsi, vətəndaş fəallığının artması, maariflənmə prosesinin sürətlənməsi və gənclərlə birbaşa kommunikasiya imkanları müasir dövrün reallığıdır. Bu gün mən də sosial şəbəkələrdən istifadə edirəm”.

C.Məmmədov hesab edir ki, sosial mediada olmaq gənclərə daha yaxın olmaq, onların istəklərini, düşüncələrini və problemlərini yaxından bilmək üçün mühüm fürsətdir. Gənclərin olduğu məkanda olmaq onları düzgün istiqamətləndirmək baxımından vacibdir. Təsadüfi deyil ki, UNESCO media və informasiya savadlılığını müasir inkişafın əsas komponentlərindən biri kimi qiymətləndirir.

Lakin parlament üzvünün sözlərinə görə, sosial medianın mənfi tərəfləri də kifayət qədər ciddidir:

“Xüsusilə bəzi platformalarda saatlarla canlı yayımlar açaraq heç bir maarifləndirici və ya ictimai dəyəri olmayan fəaliyyətlərin nümayiş etdirilməsi, bunun müqabilində maddi qazanc əldə edilməsi gənclərdə zəhmətsiz qazanc psixologiyası formalaşdırır. Bu isə uzunmüddətli perspektivdə tənbəllik meyllərini gücləndirə və əmək dəyərlərini zəiflədə bilər. Eyni zamanda sosial şəbəkələrdə onlayn mərc və qumar oyunlarının geniş şəkildə təşviq olunması ciddi təhlükə yaradır. Bu cür fəaliyyətlər gənclərdə asılılıq formalaşdırır, sosial və maddi problemlərə yol açır. Bundan əlavə, zərərli vərdişləri, qeyri-sağlam həyat tərzini və etik normalara zidd davranışları təbliğ edən istifadəçilərin artması narahatedici haldır. Sosial mediada məşhur olan şəxslər məsuliyyətli davranmalı, cəmiyyətə müsbət nümunə təqdim etməlidirlər”.

Ceyhun Məmmədov: Sosial şəbəkələrdə onlayn mərc və qumar oyunlarının təşviqi ciddi təhlükə yaradır

Müsahibimiz əlavə edib ki, milli-mənəvi dəyərlərin qorunması rəqəmsal mühitdə xüsusi həssaslıq tələb edir:

“Ana dilinin saflığı, ailə institutunun möhkəmliyi, mədəni və dini irsin düzgün təqdimatı prioritet istiqamətlər olmalıdır. Rəqəmsal maariflənmə yalnız texniki bacarıq deyil, həm də tənqidi düşüncə və informasiya məsuliyyəti deməkdir. Media savadlılığının tədris proqramlarına daxil edilməsi və ailə nəzarət mexanizmlərinin gücləndirilməsi bu baxımdan zəruridir. Beynəlxalq təcrübə göstərir ki, sosial medianın tənzimlənməsi hüquqi və maarifləndirici mexanizmlərin paralel tətbiqini tələb edir. Almaniya sosial şəbəkələrdə nifrət nitqi və qanunsuz məzmunla bağlı sərt qanunvericilik tətbiq edir və platformalar müəyyən edilmiş müddətdə qanunsuz kontenti silməyə borcludur. Türkiyə sosial media şirkətlərinin ölkə daxilində rəsmi nümayəndəlik açmasını və dövlət orqanları ilə əməkdaşlıq etməsini tələb edir. Fransa isə məktəblərdə media savadlılığı və rəqəmsal təhlükəsizlik mövzularını tədris proqramına daxil etmişdir”.

Milli Məclisin üzvü vurğulayıb ki, sosial medianın idarə olunması kompleks yanaşma tələb edir:

“Dövlət, cəmiyyət və ailə birgə fəaliyyət göstərməli, rəqəmsal mühitdə sağlam informasiya məkanı formalaşdırılmalıdır. Sosial media vasitədir və onun hansı istiqamətdə istifadə olunması bizim seçimimizdən asılıdır. Əgər biz bu platformaları maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği və sağlam həyat tərzinin təşviqi üçün istifadə etsək, sosial media inkişaf alətinə çevriləcəkdir. Əks halda isə o, gənc nəslin formalaşmasına mənfi təsir göstərən faktora çevrilə bilər”.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri