Icma.az
close
up
RU
Sosial şəbəkə istifadəsində YENİ QAYDALAR KONKRET

Sosial şəbəkə istifadəsində YENİ QAYDALAR KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Parlamentin sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqini nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul etməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə valideynlər arasında qanun layihəsinə münasibət birmənalı deyil. Bir tərəf bu addımı uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi baxımından zəruri hesab edirsə, digər tərəf yaşın müəyyənləşdirilməsi mexanizmi və şəxsi məlumatların qorunması ilə bağlı sualların hələ də açıq qaldığını bildirir.

Yeni tənzimləmələrin əsas məqsədi uşaqların sosial şəbəkələrdə qarşılaşdığı riskləri azaltmaq, onları yaşlarına uyğun olmayan məzmunlardan, kibertəhdidlərdən və onlayn zorakılıqdan qorumaqdır. Bu yanaşma dünyanın bir sıra ölkələrində artıq tətbiq edilən rəqəmsal təhlükəsizlik siyasətinin tərkib hissəsi hesab olunur.

KONKRET.az xəbər verir ki, Oxu.Az-a açıqlama verən İKT üzrə ekspert Asim Namazovun sözlərinə görə, son dəyişikliklər sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq deyil, uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırmaq məqsədi daşıyır.

Ekspert bildirib ki, müasir dövrdə uşaqlar internet və sosial şəbəkələrlə çox erkən yaşlardan tanış olurlar. Lakin onların rəqəmsal savadlılığı və internetdəki riskləri düzgün qiymətləndirmə bacarığı hələ tam formalaşmadığından müxtəlif təhlükələr qarşısında daha həssas olurlar.

“Bu dəyişikliklər hər hansı platformaya məhdudiyyət qoymaq məqsədi daşımır. Əksinə, əsas hədəf uşaqların yaşına uyğun olmayan məzmunlardan, kibertəhdidlərdən, onlayn zorakılıqdan, şəxsi məlumatların sui-istifadəsindən və rəqəmsal asılılıq kimi risklərdən daha effektiv qorunmasıdır.

Bu gün uşaqlar internetdən və sosial şəbəkələrdən çox erkən yaşlardan istifadə etməyə başlayırlar. Lakin onların rəqəmsal savadlılıq səviyyəsi və təhlükələri qiymətləndirmə bacarığı hələ tam formalaşmadığından, onlar müxtəlif kiberhücumlara, saxta profillərə, manipulyativ məzmunlara və digər təhlükələrə qarşı daha həssas olurlar. Məhz bu səbəbdən bir çox ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı xüsusi tənzimləmələr tətbiq edilir”, – deyə A.Namazov bildirib.

Ekspert vurğulayıb ki, yeni qanunvericiliyə əsasən, 16 yaşdan kiçik şəxslərin yaş məhdudiyyəti tətbiq olunan sosial şəbəkələrdə fərdi hesab açmasına icazə verilməyəcək.

“Qanunvericiliyə edilən dəyişikliklər də məhz bu beynəlxalq yanaşmaya uyğun olaraq hazırlanıb. 16 yaşdan kiçik şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə fərdi hesab açmasının qadağan edilməsi uşaqların erkən yaşda nəzarətsiz rəqəmsal mühitə daxil olmasının qarşısını almağa xidmət edir. Eyni zamanda, 16-18 yaş arası yeniyetmələr üçün valideyn razılığı mexanizminin tətbiqi ailənin rəqəmsal təhlükəsizlik prosesində rolunu gücləndirir.

Burada vacib məqamlardan biri də valideyn məsuliyyətidir. Artıq valideynlərin rolu yalnız övladına texniki cihaz almaqla məhdudlaşmır. Onlar övladlarının hansı platformalardan istifadə etdiyini, hansı məzmunlarla qarşılaşdığını və rəqəmsal davranışlarını izləmək və istiqamətləndirmək baxımından daha aktiv mövqe tutmalıdırlar. Bu yanaşma uşaqlarla valideynlər arasında rəqəmsal təhlükəsizlik mövzusunda daha açıq ünsiyyətin formalaşmasına da töhfə verəcək.

Digər mühüm məqam isə sosial şəbəkə platformalarının üzərinə qoyulan yeni öhdəliklərdir. Rəqəmsal təhlükəsizlik yalnız istifadəçi və ya valideyn məsuliyyəti ilə təmin edilə bilməz. Platformalar da yaşın yoxlanılması, uşaqların təhlükəsizliyinə yönəlmiş qoruyucu mexanizmlərin tətbiqi, məxfiliyin gücləndirilməsi və zərərli məzmunların qarşısının alınması istiqamətində daha məsuliyyətli davranmalıdırlar.

Ümumilikdə, bu dəyişikliklər rəqəmsal mühitdə uşaqların hüquq və təhlükəsizliyinin qorunmasına yönəlmiş preventiv addım kimi qiymətləndirilə bilər. Rəqəmsallaşmanın sürətlə artdığı dövrdə uşaqların onlayn təhlükəsizliyinin təmin edilməsi artıq yalnız texnoloji deyil, həm də hüquqi və sosial məsuliyyət məsələsidir. Yeni tənzimləmələr dövlət, valideyn və platformalar arasında ortaq məsuliyyət modelini formalaşdıraraq daha təhlükəsiz rəqəmsal ekosistemin yaradılmasına xidmət edir”, – deyə mütəxəssis vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 İyul 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri