Icma.az
close
up
RU
Sosial şəbəkədə dini təhqirin cəzası nədir? Qanun nə deyir?

Sosial şəbəkədə dini təhqirin cəzası nədir? Qanun nə deyir?

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs polis tərəfindən saxlanılıb. Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan və dini inancları aşağılayan 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir.

Məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Üzeyir Abas inzibati qaydada həbs edilib.

Bu kimi əməllərə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti yenidən gündəmə gətirib. Bəs dini etiqadı və dini inancları təhqir edən şəxsləri Azərbaycan qanunvericiliyinə əsasən hansı cəza gözləyir? 

Hüquqşünas Ramil Süleymanov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında hər kəsin dini inancına hörmətlə yanaşılması tələb olunur:

"Azərbaycan Respublikasında hər kəsin dini inancına hörmətlə yanaşılması tələb olunur. Bu, Konstitusiya ilə təmin edilən hüquqdur. Dini nifrət və düşmənçiliyin salınması cinayət əməli hesab olunur. Azərbaycan Respublikasının cinayət məcəlləsinin 283-cü maddəsinə əsasən, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınması, habelə milli, irqi və dini mənsubiyyətə görə vətəndaşların hüquqlarının məhdudlaşdırılması və ya bundan istifadə olunmaqla mediadan istifadə etməklə bu əməllərin törədilməsi cinayət məsuliyyəti yaradır. Belə hallarda 8 min manatdan 12 min manatadək cərimə, 2 ilədək müddətə islah işləri və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”.

O qeyd edib ki, birbaşa şəxslərin ünvanına səsləndirilən təhqiramiz ifadələr də cinayət əməli hesab olunur:

"Eyni zamanda, birbaşa şəxslərin ünvanına səsləndirilən təhqiramiz ifadələr də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cinayət əməli hesab olunur. Belə çıxışlarda, xüsusilə mediada şəxslərin ünvanına təhqiramiz ifadələrin səsləndirilməsinə görə 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər”.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 İyul 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri