Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlar paylaşaraq dələduzluq edən şəxs saxlanılıb.
APA xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə saxta iş elanları yerləşdirərək dələduzluqlar edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb.
Müəyyən edilib ki, M.Şərifov onunla əlaqə saxlayan hər bir şəxsin işə qəbulla bağlı müraciətinin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun kartına köçürülməsini tələb edib. O, pulları əldə edəndən sonra zərərçəkənlərlə əlaqələrini kəsib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Vətəndaşlara bir daha tövsiyə edilir ki, sosial şəbəkələrdə rastlaşdıqları iş elanları məlumatlarına diqqətlə yanaşsınlar və həmin şəxslərə onlayn ödənişlər etməkdən çəkinsinlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Dekabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















