Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər tutulub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən 30 yaşlı Zülfiqar Hüseynov və 27 yaşlı Nurlan Əliyev saxlanılıb.
Həmin şəxslər müxtəlif sosial şəbəkələrdə tanış olduğu şəxslərə ucuz mobil telefon təklif edərək 1340 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.
Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Z. Hüseynov və N. Əliyevin digər analoji cinayətlərdə iştirakı istisna edilmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















