Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Sosial şəbəkələrdə tibbi məsləhət dalğası KONKRET

Sosial şəbəkələrdə tibbi məsləhət dalğası KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Son illərdə Azərbaycanda və dünyada sosial şəbəkələrdə bloqerlərin tibbi məsləhətlər verməsi halları artıb. Milyonlarla izləyicisi olan bu şəxslər özlərini “sağlamlıq eksperti” kimi təqdim edir, tibbi terminlərlə danışır, səhiyyə ilə bağlı videolar hazırlayırlar. Lakin onların əksəriyyətinin nə tibbi təhsili, nə də klinik təcrübəsi var. Bu isə həm cəmiyyət, həm də səhiyyə sistemi üçün ciddi təhlükələr yaradır. Bloqerlərin tibbi məzmuna üz tutmasının əsas səbəbi sadədir: populyarlıq, gəlir və təsir gücü. Sağlamlıq mövzusu geniş kütlənin diqqətini çəkdiyi üçün izləyici toplamaq, reklam almaq, şəxsi brend qurmaq daha asandır.

KONKRET.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Azərbaycan Tibb Universitetinin I Müalicə-Profilaktika fakültəsinin dekanı, dermatoveneroloq Elşad Novruzov bildirir ki, dermatologiya sahəsində hazırda qeyri-peşəkar müdaxilələr həddindən artıq çoxdur. Həm bloqerlər, həm də apteklərdə çalışan əczaçılar xəstələrə dermatoloji məsləhət verirlər və bunun fəsadları aşkar şəkildə özünü göstərir:

“Məsləhət görülən kremlər ya mövcud olan xəstəliyə kömək etmir, ya da şikayətlərdə müvəqqəti azalmaya gətirir. Yəni ən yaxşı halda simptomları aradan qaldırır. Bu kremlərin məqsədi yalnız həmin kəskin an üçün vəziyyəti nəzarətə almaqdır. Lakin bu, müalicə deyil. Belə qeyri-peşəkar müdaxilələr xəstəliyin klinik mənzərəsini dəyişir. Nəticədə həkimin diaqnoz qoyması çətinləşir. Qeyd etdiyim yalnız bir xəstəlik üzərində nümunədir. Ən çox rast gəlinən hallardan biri saçda kəpəklə bağlı verilən yanlış məsləhətlərdir. Sabun, müxtəlif mazlar və qarışımlar tövsiyə edirlər. Halbuki kəpəyin yaranma səbəbləri müxtəlif ola bilər. Onların hər birinin müalicəsi fərqlidir. Ümumi məsləhətlə bütün halları müalicə etmək olmaz”.

Həkim qeyd edir ki, problemin əsas həlli insanlar arasında düzgün tibbi düşüncə tərzinin formalaşdırılmasıdır. Hər sahənin öz mütəxəssisi var və icbari tibbi sığorta vasitəsilə hər kəs həkimə müraciət edə bilər. Buna baxmayaraq, insanlar yenə də bloqerlərə daha çox etibar edirlər:

“Sosial şəbəkələrdə qeyri-etik paylaşımlara görə xəbərdarlıqlar olunub. Yaxşı olar ki, bu cür xəbərdarlıq tibbi məsləhətlər verən bloqerlərə də edilsin. Nəzarətin gücləndirilməsi və zəruri hallarda cərimələrin tətbiqi vacibdir”.

Həkim-terapevt Məlahət Qədirova da qeyd edir ki, sosial şəbəkələrdə tibbi savadı olmayan, özlərini məsləhətçi kimi təqdim edən bloqerlərin sayı artıb:

“Onlar dərmanların şampuna qatılması, təsdiqlənməmiş ampul və qarışıqlardan istifadə, müxtəlif bitkilərin qaynadılıb içilməsi, arıqlama preparatlarının özbaşına qəbul edilməsi kimi təhlükəli “məsləhətlər” yayırlar. Bu tövsiyələrin heç biri elmi və tibbi əsas daşımır, nəzarətsiz tətbiqi isə çox ciddi fəsadlara səbəb ola bilər. İnsanlar sosial şəbəkədə gördüklərinə inanıb sınayır, lakin nəticədə dəri yanıqları, allergik reaksiyalar, hormonal pozulmalar və s. kimi mənfi nəticələrlə üzləşirlər”.

Mütəxəssis bildirir ki, tibb bilik, təhsil və məsuliyyət tələb edən sahədir. Hər xəstənin problemi də fərdi yanaşma tələb edir. “Tövsiyəm budur ki, insanlar hər hansı simptom və ya narahatlıq olduqda, düzgün diaqnoz və müalicə üçün mütləq şəkildə ixtisaslı həkimə müraciət etsinlər”, – deyə terapevt qeyd edib.

AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov bildirir ki, xarici sosial şəbəkə səhifələrini də tez-tez izləyir. Orada həkimliklə bloqerliyin sərhədləri bizdən fərqli olaraq daha dəqiq müəyyən edilir:

“Düzdür, həmin ölkələrdə də bu sərhədləri pozanlar var, lakin əksəriyyət bu prinsipi qorumağa çalışır. Onlar tibbi mövzuların mexanizmini izah edir, lakin müalicə hissəsinə keçmirlər. Məsələn, piylənmə bu gün aktual mövzudur. Xarici bloqerlər piylənmənin bədəndə necə yaranmasını, hansı preparatların hansı təsirləri göstərə biləcəyini və s. izah edirlər. Amma heç vaxt “filan dərmanı qəbul edin və arıqlayın” demirlər. Əksinə, bildirirlər ki, buna ixtiyarları yoxdur və insanları müvafiq mütəxəssisə yönləndirirlər. Yəni bloqerlik yalnız maarifləndirmə, mexanizmlərin açıqlanması ilə məhdudlaşmalıdır. Bloqer heç vaxt “bu dərmanı iç”, “bu proseduru et” kimi göstəriş verə bilməz. Bunun üçün həkimlik lisenziyası olmalıdır. Lisenziyanın olmaması həm hüquqi, həm də mənəvi məsuliyyət yaratmalıdır. Bloqer anlamalıdır ki, burada söhbət insan sağlamlığından gedir. Mənəvi tərəfləri başa düşmürlərsə, aidiyyəti orqanlar onlara hüquqi məsuliyyəti göstərməlidir. Bir neçə nəfərin cəzalandırılması digərləri üçün də dərs ola bilər”.

Baş redaktorun sözlərinə görə, bəzi bloqerlər məsuliyyətdən yayınmaq üçün bioloji aktiv əlavələr – vitaminlər, minerallar və yağlar məsləhət görürlər. Bu məhsullar market və apteklərdə reseptsiz satıldığı üçün onların tövsiyəsi hüquqi məsuliyyət yaratmır. Lakin bu, insanları artıq xərcə sala bilər:

“Məsələn, əgər xəstə analiz veribsə və D vitamini çatışmazlığı aşkarlanıbsa, həkim həmin çatışmazlığa uyğun dozada vitamin təyin edir və bu, ona real fayda verir. Amma analizsiz, özbaşına D vitamini qəbul edən insan üçün bunun sadəcə pul itkisindən başqa heç bir faydası olmaya bilər”.

V.Məmmədovun sözlərinə görə, insanlar bloqerlərə kor-koranə inanmaq əvəzinə, sağlam düşüncəli olmalı və həkimə müraciət etməlidirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri