Icma.az
close
up
RU
Sosial şəbəkələrin Azərbaycan seqmentində mövcud durum

Sosial şəbəkələrin Azərbaycan seqmentində mövcud durum

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial şəbəkələrin informasiya məkanında əsas aktorlardan birinə çevrilməsi tendensiyası Azərbaycan üçün də xarakterikdir. İnformasiya istehlakı, siyasi kommunikasiya, ictimai rəyin formalaşması, biznes fəaliyyətləri baxımından sosial şəbəkələrin rolu əhəmiyyətli dərəcədə artır.

Dünyanın inkişaf etmiş digər dövlətlərində olduğu kimi, Azərbaycan seqmentində də sosial şəbəkələr həm informasiya dövriyyəsi, həm də ictimai dialoq platforması kimi mühüm rol oynayırlar.

İstifadəçi statistikası

2025-ci ilin birinci yarısında Azərbaycanda internet istifadəçilərinin sayı 9,5 milyon nəfərə yaxın olub. Bu da ümumi əhalinin təqribən 91%-nə bərabərdir. Onların arasında sosial şəbəkə istifadəçilərinin sayı təxminən 70 faizə yaxındır. 2025-ci ilin birinci yarısına olan məlumata əsasən, ölkədə sosial şəbəkə hesabı açanların sayı təxminən 6 milyon 730 min nəfərdir. Bu, 2024-cü ilin əvvəli ilə müqayisədə sosial media istifadəçilərinin sayının 635 min nəfər və ya 10,4% artımı deməkdir.

Ən geniş yayılmış sosial şəbəkə platformaları arasında “Facebook” (3,2 milyon istifadəçi), “Instagram” (3 milyon istifadəçi), “TikTok” (2,5 milyon istifadəçi), “YouTube” (5 milyon izləyici), “Telegram” (2 milyon istifadəçi), “X” (Twitter) – (təxminən 400 min istifadəçi) ilə ön sırada dayanırlar ( https://datareportal.com/reports/digital-2024-azerbaijan ).

Yaş qrupu üzrə təsnifatda qeyd olunur ki, gənclər daha çox vizual məzmun üzərində qurulan “TikTok” və “Instagram”a üstünlük verirlər. Orta nəsil isə əsasən “Facebook”da aktivdir. “Telegram” isə həm informasiya kanalı kimi, həm də qapalı qrup söhbətləri üçün mühüm rol oynayır.

Sosial şəbəkələrin funksionallığı və təsiri

• İnformasiya mübadiləsi: Sosial şəbəkələr operativ informasiya mənbəyinə çevrildiyi üçün hadisələrin böyük əksəriyyəti barədə məlumat ilk dəfə sosial şəbəkələrdə ictimailəşir. Tədqiqatlar göstərir ki, sosial şəbəkələrin informasiya məkanında rolu 50 faizi ötür.
• İctimai rəyin formalaşdırılması: Onlayn müzakirələr və trend mövzular əhali arasında sosial-siyasi fəallığı artırır.
• Rəqəmsal iqtisadiyyat və biznes: Azərbaycan seqmentində sosial şəbəkələr üzərindən satış və reklam bazarı genişlənməkdədir. Məsələn, 2024-cü ildə sosial şəbəkə reklamlarının həcmi 25 milyon ABŞ dollarını keçib.
• Siyasi kommunikasiya aləti: Parlament seçkiləri, beynəlxalq tədbirlər və digər siyasi aktivlik dövrlərində sosial şəbəkələr əsas platformalardan birinə çevrilir.

Problemlər və risklər

Dezinformasiya və saxta xəbərin paylaşımı, yayılan informasiyanın etibarlılığı məsələsi sosial şəbəkələrin Azərbaycan seqmenti üçün də ciddi problemlərdən biridir. 2020-ci il Vətən müharibəsi dövründə və sonrakı geosiyasi proseslər fonunda aşkar göründü ki, Azərbaycana qarşı dezinformasiya yayan mərkəzlər şəbəkə platformalarından aktiv şəkildə istifadə edirlər ( https://metbuat.az/news/1509940/azerbaycan-eleyhine-dezinformasiya-yayan-merkezler.html ).

Milli Məclisin “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası” tərəfindən 2025-ci il sentyabrın 2-də açıqlanan bəyanat bu faktı bir daha təsdiq edir. Həmin bəyanatda göstərilir ki, Rusiya Federasiyası ərazisindən Azərbaycana qarşı kütləvi informasiya kampaniyasına start verilib. Kampaniya çərçivəsində Azərbaycan Prezidentinin cavabları kontekstdən çıxarılaraq və təhrif olunmuş formada rusdilli auditoriyaya təqdim edilir. Bu kampaniya üçün digər media vasitələrindən daha çox sosial şəbəkələrdən istifadə edilir ( https://news.milli.az/politics/1292203.html ).

Məzmun təhlükəsizliyi: Şiddət, nifrət nitqi, ekstremizm və zərərli ideologiyaların yayılması faktı sosial şəbəkələrin Azərbaycan seqmentindən də yan keçmir.

Sosial asılılıq: Araşdırmalara görə, Azərbaycan gənclərinin 60%-dən çoxu gündə orta hesabla 3–5 saatını sosial şəbəkələrdə keçirir. Bu isə həm təhsil, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir.

Kibertəhlükəsizlik riskləri: Azərbaycan seqmentində də hesab oğurluqları, fişinq hücumları və məlumatların icazəsiz istifadəsi halları mövcuddur. 2025-ci ilin 20 fevralında Azərbaycan mediasına – xüsusilə “Baku TV”, “Report.az”, “Oxu.az”, “Caliber.az”, “Media.az” və digər məşhur media subyektlərinə qarşı yönəlmiş genişmiqyaslı kiberhücumlar həmin qurumların sosial media hesablarına da ciddi şəkildə təsir göstərdi. Rusiya ilə bağlı “APT29” (Cozy Bear) qrupundan qaynaqlanan həmin kiber hücumlar göstərdi ki,bu problem qarşıdakı dövrdə də kifayət qədər aktual olacaq (https://caliber.az/en/post/parliamentary-commission-chairman-february-2025-cyberattack-on-azerbaijani-media-linked-to-russia ).

Dövlət siyasəti və tənzimləmə mexanizmləri

Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinə həsr olunmuş əlahiddə qanun mövcud deyil.

Sosial şəbəkə seqmentində məzmun təhlükəsizliyi müxtəlif qanunlara edilən əlavələr və dəyişikliklərlə dolayı şəkildə tənzimlənir.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna 2017-ci ildə edilən dəyişikliklərə əsasən, burada “nternet informasiya ehtiyatı” başlıqlı xüsusi fəsil (3-cü fəsil) yer tutur. Həmin fəslin 13-3 maddəsi ( İnternet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması) zərərli və saxta məlumatların qarşısının alınması, bloklanma və məhdudlaşdırma mexanizmlərini nəzərdə tutur ki, burada“internet informasiya resursları” deyərkən, sosial şəbəkələr də əhatəyə alınır ( https://presscouncil.az/az/azerbaycan-informasiya-dovriyyesi-qanunlar/532).

Yaxud, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər kiber cinayətlər, nifrət nitqi, zorakı çağırışlar və saxta məlumatların yayılması ilə bağlı məsuliyyəti müəyyən edir ki, bu dəyişikliklər sosial şəbəkələrdə yayılan məzmunu da əhatə edir. Məsələn, Cinayət Məcəlləsinin 148-1 –maddəsində qeyd olunur ki, “İnternet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək başqalarına böhtan atmaq və ya təhqir etmək qadağandır. Belə əməl törədənlər min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə ilə cəzalandırılır” ( https://e-qanun.az/framework/46947 ).

Beləliklə, Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanun olmasa da, platformaların yerli seqmentində məzmun təhlükəsizliyi ayrı-ayrı qanunlara edilən əlavə və dəyişikliklərlə tənzimlənir.

İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, Azərbaycanda sosial şəbəkələrdə təkcə məzmun təhlükəsizliyi deyil, həm də texniki təhlükəsizlik üçün müyyən hüquqi-inzibati baza formalaşdırılıb: “Azərbaycanda sosial media istifadəçilərinə texniki təhlükəsizlik problemlərini aradan qaldırmaq üçün operativ şəkildə yardım edə biləcək iki əsas ünvan var. Birinci ünvan Elektron Təhlükəsizlik Xidmətidir (ETX – cert.az). Digəri isə, Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıqla Mübarizə İdarəsidir. ETX texniki dəstək və insidentlərin idarə olunması üzrə fəaliyyət göstərir, DİN isə hüquqi müstəvidə tədbirlər görür. Yəni, istifadəçilər həm texniki yardım, həm də hüquqi müdafiə baxımından bu iki quruma müraciət edə bilərlər”.

Elvin Abbasov qeyd edir ki,sosial şəbəkə istifadəçiləri texniki təhlükəsizliyi təmin etmək üçün özləri də bir sıra vacib prosedurlara əməl etməlidirlər: “Texniki təhlükəsizlik yalnız güclü parol və iki mərhələli identifikasiya ilə məhdudlaşmamalıdır. İstifadəçilər ictimai Wi-Fi şəbəkələrində ehtiyatlı davranmalı, öz cihazlarında mütləq lisenziyalı antivirus proqramlarından istifadə etməli, tətbiqlərə verilən icazələri mütəmadi yoxlamalıdırlar. Həmçinin, sosial şəbəkə hesablarını şəxsi e-poçt ünvanından ayrı, yalnız bu məqsəd üçün yaradılmış ünvanla idarə etməlidirlər. Bu sadə addımlar hücumların böyük hissəsinin qarşısını ala bilir”.

“Sosial media hesabı olan şəxslər texniki təhlükəsizlik sahəsində problemlərlə üzləşərkən, ilk növbədə hansı addımları atmalıdırlar?” sualına cavab olaraq Elvin Abbasov deyib: “İlk mərhələdə dərhal parol dəyişdirilməli, iki mərhələli identifikasiya aktivləşdirilməli və şübhəli girişlər platformaya bildirilməlidir. Əgər hesab bərpa olunmursa və ya daha ciddi insidentlə üzləşilibsə, artıq rəsmi qurumların dəstəyinə müraciət etmək lazımdır”.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Sentyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri