Icma.az
close
up
RU
Sosial xərclər o səviyyədə dəqiq təsniflənməlidir ki, bu, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanımasın

Sosial xərclər o səviyyədə dəqiq təsniflənməlidir ki, bu, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanımasın

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Büdcə sənədi yalnız onu təqdim edən hökumətin məsuliyyəti ilə bağlı məsələ deyil, həm də onu qəbul edən Milli Məclisin məsuliyyətidir. Ona görə də bizim Milli Məclis üzvlərinin baxışında prioritet prinsip bu büdcənin ölkənin qarşısında duran riskləri doğru təsbit etməsi və onun optimal qarşılama yolunun tapılması ilə bağlıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Fazil Mustafa parlamentdə büdcə müzakirələri zamanı bildirdi.

"Bu risklərin birincisi heç şübhəsiz ki, müdafiə və təhlükəsizlik riskidir. Komitə sədri Azər Əmiraslanov haqlı olaraq qeyd etdi ki, bu ilk növbədə təhlükəsizlik büdcəsidir. Xərclərin 8,7 milyardının bu istiqamətdə yönəldilməsi də indiki beynəlxalq vəziyyətdən qaynaqlanan və gələcəkdə hələ mübarizə riskinin, müəyyən qarşıdurma riskinin olmasını nəzərdə tutaraq belə bir addım atılmasını effektiv edirr. Eyni zamanda bu məsələdə Azər müəllim haqlı olaraq bu ikinci böyük riskin də əsasən sosial risklər olduğunu xatırlatdı və sosial xərclər də büdcənin 41%-ni əhatə eləyir. 17 milyard manat ötən ilkindən 2,4 milyard manat çox vəsait ayrılır.

Amma burada bir nüansı biz diqqətə almalıyıq ki, Azərbaycan əhalisinin əmək haqqı 2500 manatdan yuxarı olan hissəsi əhali sayının 5,5%-ni əhatə eləyir. Qalan, demək, əhalinin 1,5 milyon nəfəri 2500 manatdan aşağı maaş alır və bu da aztəminatlı insanların sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir. Ona görə də sosial xərclər o səviyyədə dəqiq təsniflənməlidir ki, bu, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanımasın", - deyə deputat vurğuladı.

Fazil Mustafanın sözlərinə görə, ölkəmizdə ən vacib məsələlərdən biri ərzaq təhlükəsizliyi riskidir və ərzaq məhsullarının qiymətinin qalxması da böyük bir problemlər yaradır:

"Ən maraqlı odur ki, Azərbaycan əhalisinin 36%-nin kənd təsərrüfatında çalışması qeyd olunsa da, bunların ümumi daxili məhsulda payı 6%-dir. Bui istənilən Avropa ölkələri ilə müqayisədə çox aşağı bir çəkiyə malikdir. Və kənd təsərrüfatının da, əslində bu rəqəmlərin özü də çox sürətlə dəyişəndir, kənd təsərrüfatında çalışanların sayında sürətlə azalma, azalmaqdadır. Ona görə də bu, birinci növbədə burda da qeyd olunduğu kimi, milli iqtisadiyyatımızda gəlir yaratmaq potensialı, sahibkarlıq potensialından istifadə etməyin səmərəliliyi əsas vacib şərtlərdən biriidir. Burada başqa ölkələrdə daha çox diqqət qeyri-neft sektorunda turizmin inkişafına yönəlir.

Bizdə turizmin inkişafı ilə bağlı da vəsait ayrılıb, amma hesab edirəm ki, bunu artırmaq lazımdır. Çünki bu sahədə daha böyük risklər var. Birinci növbədə baş verən hər hansı bir xaricidə münaqişə istər-istəməz turizmə təsir edrr. Yolların bağlı olması təsir eləyir və bu da qeyri-neft sektorunda gəlirlərin səviyyəsini müəyyən dərəcədə aşağı salır".

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri