Icma.az
close
up
RU
Sosial xidmətin inkişafına dair Dövlət Proqramı ilə bağlı müzakirələr aparılıb

Sosial xidmətin inkişafına dair Dövlət Proqramı ilə bağlı müzakirələr aparılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 may, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının 2024-cü il üzrə monitorinq hesabatı müzakirə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Dövlət Proqramının uğurla icra olunduğunu vurğulayaraq 2024-cü il üzrə icrası hədəflənən işlərə dair monitorinq nəticələri barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda əhalinin sosial xidmətlərlə daha keyfiyyətli və əhatəli şəkildə təmin olunması ölkədə həyata keçirilən sosial siyasətin əsas tərkib hissələrindən birini təşkil edir. Bu məqsədlə indiyədək çoxsaylı qanunvericilik aktları və qərarlar qəbul edilib, nəticədə həssas əhali qruplarına daxil olan şəxslərin sosial xidmətlərə çıxışı və həmin xidmətlərdən faydalanma səviyyəsi baxımından əhəmiyyətli irəliləyişlər əldə olunub.

“Sosial xidmət haqqında” Qanuna edilən son dəyişikliklərin nəticəyönümlü yanaşmanın tətbiqini daha da təşviq edəcəyi qeyd olunub. Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulan hədəflər üzrə xidmətlərin rəqəmsallaşdırılmasının proqramın icrasında şəffaflığın və hesabatlılığın artırılmasında mühüm rol oynayacağı vurğulanıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Dövlət Proqramının icrası sahəsində belə müzakirənin təşkil edilməsinin əhəmiyyətli olduğunu bildirib. O, Dövlət Proqramı çərçivəsində həssas qruplara göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin, bu xidmətlərə əlçatanlığın artırılması istiqamətində müvafiq tədbirlərin nəzərdə tutulduğunu deyib. Nazir müavini, həmçinin son illər sosial xidmətlər sahəsində aparılan islahatları və əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Sosial xidmət müəssisələrinin müasir tələblərə uyğun qurulması, yeni belə müəssisələrin yaradılması, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib.

Sonra İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov Dövlət Proqramı çərçivəsində 2024-cü il üzrə monitorinq nəticələrini təqdim edib, müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq həyata keçirilən ən mühüm layihələri, həmçinin müzakirəsi vacib məsələləri diqqətə çatdırıb.

Təqdimatdan sonra müzakirəyə çıxarılan məsələlərlə bağlı ƏƏSMN-in aidiyyəti struktur bölmələrinin rəhbərləri tərəfindən icrası davam edən və görüləcək tədbirlər barədə ətraflı məlumat verilib. Dövlət Proqramı üzrə 2026-cı ilin sonunadək hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin, sosial xidmət sahəsində ixtisaslı kadr potensialının formalaşması, sosial xidmətin əhatəsinin genişlənməsi və s. ilə bağlı hədəflərin nəzərdə tutulduğu qeyd olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında müvafiq Sərəncamı ilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinq və qiymətləndirilməsini İİTKM həyata keçirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri