Icma.az
close
up
RU
Sosial yardım nə qədər artırılacaq? Detallı izah

Sosial yardım nə qədər artırılacaq? Detallı izah

Icma.az, Olke.az saytına istinadən bildirir.

Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. 

Ölkə.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib. O, bildirib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.

“Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyarı, yəni xərc hesablanır. 

Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. 

Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat) olur.

Digər tərəfdən, 2025-ci ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri