Şotlandiya parlamentindən COP29un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
Şotlandiya Parlamentində "COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" adlı qətnamə irəli sürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, parlamentin rəsmi internet səhifəsində yerləşdirilən qətnamədə COP29-un dünyada, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh, beynəlxalq əməkdaşlıq və dostluq üçün əlamətdar hadisə olduğu vurğulanır.
COP29-un iqlimlə bağlı fəaliyyətin sülh və əməkdaşlıq üçün xalqlar arasında necə körpü rolunu oynaya biləcəyini təcəssüm etdirdiyi qeyd olunur.
Həmçinin dünyada davam edən münaqişələrdə iştirak edən bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıran "COP Atəşkəs" təşəbbüsünə dəstək ifadə olunur.
COP29-un beynəlxalq iqlim danışıqları üçün həlledici məqam olduğu bildirlir və tədbirdə iştirak edən bütün tərəflərə iqlim böhranı ilə əsaslı şəkildə mübarizə aparmaq üçün əməkdaşlığa çağırış edilir.
Qeyd edək ki, qətnaməni 5 siyasi partiyadan – Leyboristlər, Mühafizəkarlar, Yaşıllar, Liberal Demokratlar, Şotlandiya Milli Partiyasından 25 nəfər parlament üzvü dəstəkləyib.
 Baxış sayı:44
Baxış sayı:44 Bu xəbər 21 Noyabr 2024 09:08 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 21 Noyabr 2024 09:08 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda Əlaqə
Əlaqə 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















