Sovet Azərbaycanında Yaponiya üslublu yanacaqdoldurma məntəqələri: orijinal, yoxsa plagiat? FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda yanacaq alan sürücünün avtomobildən düşməsinə ehtiyac yoxdur. Bu işi yanacaqdoldurma məntəqələrinin operatorları icra edirlər. Cəmi bir neçə dəqiqə ləngimə sürücülərdə narazılıq yaradır. Halbuki, 30 il əvvəl belə deyildi. Hər bir sürücü yanacağı özü dolururdu.
Avtosfer.az xəbər verir ki, ötən əsrin 80-ci illərində keçmiş SSRİ-nin 4 şəhərində fərqli dizaynda yanacaqdoldurma məntəqələri tikildi. Söhbət, Bakı, Kiyev, Samara və Moskvadan gedir. Bu yanacaqdoldurma məntəqələrində benzindoldurma tapançası yuxarıdan asılmışdı. Tapança ödəniş edildikdən sonra aşağı enirdi. Sürücü onu dartaraq avtomobilin çəninə yerləşdirirdi.
Yeni tip məntəqələr monoton sovet reallığında ciddi maraqla qarşılansa da, ömrü uzun olmadı. Çünki, konstruksiya çox mürəkkəb idi və yanğın təhlükəsi yaradırdı. Başıaşağı dayanan tapançalardan və rezin borulardan daim yanacaq damcılayırdı.
Yaponiya məsələsinə gəlincə: xalq arasında “uçan boşqab” adlanan bu yanacaqdoldurma məntəqələri sovet mühəndislərinin orijinal ideyası deyildi. Plagiatın mənşəyi Yaponiya idi. Hansısa sovet məmuru Gündoğar ölkəyə səfəri zamanı bunu görüb tətbiq etdirmək istəmişdi.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















