Icma.az
close
up
RU
Sovetin vaxtında ... Keçmiş bitmiş ideologiyanın ardınca yüyürmək lə mübarizə milli təhlükəsizlik məsələsidir

Sovetin vaxtında ... Keçmiş bitmiş ideologiyanın ardınca yüyürmək lə mübarizə milli təhlükəsizlik məsələsidir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sovet bayrağı qaldırıb yürüş keçirməyə cəhd etmək… Kimi bunu ciddi bir təhdid kimi qəbul edir, kimi isə hesab edir ki, baş verənlər təhlükəli deyil. Təhlükəli hələ də rus dilində danışan məmurlarımız, rusa xidmət etmiş dövlət adamlarının abidələrinin hələ də ölkəmizdə var olması, rusa xidmət edən şəxslərin adlarına küçələrin olmasıdır…

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılmış bu video təəssüfedici olmaqla yanaşı, düşündürücü bir hadisədir. “Kifayət qədər gənc yaşda olan bu şəxslər hansı məlumat və yaxud hansı ideoloji düşüncə ilə keçmiş sovet bayrağını qaldırıb onun xiffəti ilə yaşayırlar? Məlum olur ki, bu şəxslər eyni zamanda bir araya gəlib ofis tuturlar və burada müzakirələr aparılır. Yəni doğrudur, bunlarla bağlı hüquq-mühafizə orqanları müəyyən addımlar atıb. Amma bütün hallarda bu məsələ yalnız keçmiş sovet ideologiyası ilə bağlı olan məsələ deyil. Biz bu məsələyə yalnız ideoloji və siyasi görüş kimi baxmaqla yetinsək, bu, doğru bir qənaətə gətirib çıxara bilməz. Nəzərə almaq lazımdır ki, adətən kommunist ideologiyası deyiləndə ilk ağıla gələn, məhz Rusiya olur. Bir vaxtlar bu ölkənin Azərbaycanda da kifayət qədər beşinci kolonu olub. Biz bu ilin mayında məhz sovet bayrağı və "Georgi lenti" ilə İmişlidə bir yürüş keçirilməsinin şahidi olduq. Bu yürüşü keçirən şəxslə bağlı da hüquqi tədbirlər görüldü”.

Oqtay Qasımov

Politoloq hesab edir ki, bu məsələyə ideoloji məsələ kimi yox, daha çox milli təhlükəsizlik məsələsi kimi baxılmasının tərəfindədir. Oqtay Qasımovun fikrincə, belə şəxslərəə qarşı qanunun aliliyi və hüququn sərt üzü göstərilməlidir, eyni zamanda maarifləndirici və təbliğat işləri də paralelində aparılmalıdır.

“Bu cür adamlar daha çox onunla öz mövqelərini əsaslandırmağa çalışırlar ki, sovet vaxtı sosial təminat və yaxşı həyat şəraiti daha normal idi, sabit gəlir mənbələri vardı. Bu da, o cür davranışlara hansısa bir əsas vermir.

Nəzərə almaq lazımdır ki, kommunist ideologiyası, ümumiyyətlə sol ideologiya Azərbaycan cəmiyyətində çox yayğın deyil. Baxmayaraq ki, sol ideologiya sosial ədalət və digər prinsipləri özündə əks etdirir. Amma 70 illik sovet rejimi və onun yaratdığı fəsadlar bu cəmiyyətdə öz izini buraxıb və məhz, bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən sol yönümlü partiyalara ciddi dəstək heç zaman olmayıb. Və hətta Kommunist Partiyası da iki il öncə özünü buraxdı və bəyan etdi ki, onların yetərli sosial bazası olmadığından onlar fəaliyyət göstərə bilmirlər. Bu cür qrupların fəaliyyəti isə konkret olaraq başqa ölkə tərəfindən idarə olunan sistemlərdir və Azərbaycan daxilində müəyyən təsir qrupları yaratmağa hesablanmış addımlardır. Ona görə də bu tipli məsələlərin qarşısı qətiyyətlə alınmalı, eyni zamanda ideoloji, təbliğat işi və maarifləndirmə aparılmaldır”-deyə politoloq Oqtay Qasımov bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Noyabr 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri