Soydaşımız Kaliforniyada keçirilən MMA döyüşündə qalib gəlib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-də yaşayan azərbaycanlı MMA döyüşçüsü Mirmahmud Seyidzadə Kaliforniyanın Stokton şəhərində keçirilən “209 Beatdown” turnirində qələbə qazanıb.
Kaliforniyadakı Azərbaycan icmasının fəal üzvü olan Mirmahmud, soyuqqanlılığı, dəqiqliyi və texniki üstünlüyü ilə rəqibini məğlub edərək karyerasında önəmli bir nailiyyətə imza atıb. Döyüşdən sonra üçrəngli bayrağımızı qürurla nümayiş etdirən idmançı, bu zəfəri həm Vətəninə, həm də onu dəstəkləyən insanlara həsr etdiyini bildirib.
Qeyd edək ki, Mirmahmud Seyidzadə peşəkar idmançı olmaqla yanaşı, San Xose Dövlət Universitetində hüquq təhsili alan tələbədir. O, dünyaca məşhur “American Kickboxing Academy”nin yetirməsidir. Məhz bu akademiya Həbib Nurməhəmmədov, Daniel “DC” Cormier və Cain Velasquez kimi tanınmış idmançıları yetişdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 12 Avqust 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















