Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Soyuq dərs otaqları, üşüyən şagirdlər... TƏHLİL

Soyuq dərs otaqları, üşüyən şagirdlər... TƏHLİL

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sovet dövründə tikilmiş məktəblərin bir çoxunda istilik sistemi yenilənməyib


Fevralın 28-i gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Mövcud hava şəraitində məktəblərdə istilik təminatı ilə bağlı yaranan problemlər valideynlər, şagirdlər və müəllimlər üçün ciddi narahatlıq doğurur. Son iki həftədə ölkədə havanın kəskin soyuması, yolların buz bağlaması və yağan qarın qalınlığının artması bəzi məktəblərdə dərsə davamiyyəti azaldıb. Uzaq məsafədə yaşayan şagirdlər üçün məktəbə getmək çətinləşib, hətta bəzi hallarda mümkünsüz olub. Bununla belə, evləri məktəbə yaxın olan valideynlər övladlarının dərslərdən geri qalmaması üçün onları məktəbə göndərməyə çalışırlar. Lakin sinif otaqlarında istilik sisteminin zəif olması və ya tamamilə işləməməsi səbəbindən uşaqların dərs zamanı qalın geyimlərdə, üst geyimində – kurtka, papaq və əlcəklə oturması adi hala çevrilib. Sosial şəbəkələrdə paylaşılan videolar və şikayətlər bu vəziyyəti daha aydın göstərir. Bu problem şəhər və rayon məktəblərində müxtəlif dərəcədə olsa da, xüsusilə bölgələrdə daha qabarıq şəkildə müşahidə olunur. 


ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan üzrə məktəblərin istilik təminatı müxtəlif formalarda həyata keçirilir. Bakı və digər iri şəhərlərdə yerləşən məktəblərin əksəriyyəti mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Bununla belə, bəzi məktəblərdə bu sistemin ya tam işləmədiyi, ya da qeyri-effektiv olduğu bildirilir: 

“Şagirdlər otaqların kifayət qədər qızdırılmamasından, müəllimlər isə dərs zamanı həm uşaqların soyuqdan narahat olmasından, həm də bu şəraitin tədris prosesinə mənfi təsirindən şikayət edirlər. Şəhər məktəblərində istilik problemi əsasən köhnə binalarda müşahidə edilir. Sovet dövründə tikilmiş məktəblərin bir çoxunda istilik sistemi yenilənmədiyindən, bu sistem ya tamamilə sıradan çıxıb, ya da səmərəsiz işləyir. Müasir məktəblərdə isə bu problem nisbətən az müşahidə olunur. Bölgələrdə vəziyyət daha mürəkkəbdir. Regionlardakı məktəblərin əhəmiyyətli bir hissəsi ya mərkəzləşdirilmiş istilik sisteminə qoşulmayıb, ya da ümumiyyətlə, belə sistemlər mövcud deyil. Belə məktəblərdə istilik təminatı əsasən odun və ya elektrik qızdırıcıları vasitəsilə həyata keçirilir. Lakin bu yanaşma çox zaman effektiv olmur, çünki məktəblərin yanacaqla təminatında gecikmələr baş verir və elektriklə işləyən cihazlar bütün sinif otaqlarını qızdırmaq üçün kifayət etmir. Xüsusilə qazlaşdırmanın zəif olduğu kəndlərdə yerləşən məktəblərdə bu problemlər daha kəskin hiss olunur. Bu dağlıq və dağətəyi ərazilərdə yerləşən məktəblərdə uşaqlar qış aylarında sinif otaqlarında dərs keçməkdə çətinlik çəkirlər. Çox zaman istilik sistemləri tamamilə işləmir və şagirdlər dərsləri açıq havaya bənzər şəraitdə keçməli olurlar”.

Ekspertin sözlərinə görə, istilik sistemində yaşanan bu problemlər, eyni zamanda, tədrisin keyfiyyətinə də mənfi təsir edir: “Şagirdlər soyuq mühitdə uzun müddət oturduqda diqqətini cəmləməkdə çətinlik çəkir və öyrənmə prosesi daha passiv şəkildə keçir. Bu həm də şagirdlərin sağlamlığı üçün risk yaradır. Uzun müddət soyuq sinif otaqlarında qalmaq immun sistemini zəiflədir və qrip, soyuqdəymə kimi xəstəliklərin yayılma ehtimalını artırır. Bu isə həm davamiyyətin daha da azalmasına, həm də ümumilikdə məktəbdə təhsil alan şagirdlərin akademik göstəricilərinə mənfi təsir edir. Hazırkı şəraitdə valideynlər və müəllimlər istilik problemlərinin həll edilməsi üçün müvafiq qurumlardan tədbirlər görmələrini tələb edirlər. Bu istiqamətdə bir neçə həll yolu təklif oluna bilər. Birincisi, Bakı və digər iri şəhərlərdə yerləşən köhnə məktəblərdə istilik sistemlərinin tam yenilənməsi üçün dövlət proqramları icra olunmalıdır. Bu, məktəblərin mərkəzləşdirilmiş istilik sistemlərinə daha effektiv qoşulmasını təmin edəcək. Digər tərəfdən, regionlardakı məktəblər üçün alternativ istilik sistemləri tətbiq olunmalıdır. Məsələn, bəzi ölkələrdə istifadə olunan bioyanacaq qızdırıcıları, günəş panelləri və ya daha effektiv odun və qaz sistemləri tətbiq edilə bilər. Həmçinin, məktəblərə paylanan odun və digər yanacaq növlərinin tədarükü qış mövsümündən əvvəl tamamlanmalı və təchizatda gecikmələr baş verməməlidir”.

Beynəlxalq təcrübəyə istinad edən K.Əsədov qeyd edib ki, məktəblərdə istilik sistemlərinin düzgün işləməsi təhsil keyfiyyətinə ciddi təsir edir: “Məsələn, Finlandiya və İsveç kimi qış aylarında sərt iqlimi olan ölkələrdə məktəblər xüsusi izolyasiya olunmuş binalarda fəaliyyət göstərir və istilik təminatı mükəmməl şəkildə tənzimlənir. Bu ölkələrdə sinif otaqlarında temperatur daim 20-22°C aralığında saxlanılır. ABŞ və Kanada kimi ölkələrdə isə məktəblərin istilik sistemlərinin işləmədiyi hallar nadir olduğu üçün belə hallarda dərslər müvəqqəti dayandırılır. Azərbaycanda isə məktəblərin çoxunda bu standartlara uyğun şərait yaradılmadığından, qış aylarında şagirdlər dərslərdən geri qalmamaq üçün soyuq sinif otaqlarında təhsil almağa məcbur olurlar. Əgər istilik problemi davam edərsə və hava şəraiti daha da sərtləşərsə, təhsil qurumları vəziyyəti nəzərdən keçirərək müvəqqəti fasilələr verməyi və ya alternativ təhsil üsulları tətbiq etməyi düşünməlidirlər. Məsələn, bəzi Avropa ölkələrində şagirdlər üçün soyuq qış aylarında onlayn dərslərə keçid edilir və ya məktəblər müəyyən günlərdə bağlanaraq istilik problemləri həll olunur. Azərbaycanda pandemiya dövründə onlayn təhsil sınaqdan keçirilib və müəyyən texniki çətinliklər olsa da, tədrisin tamamilə dayanmasının qarşısını almışdı. Eyni yanaşma müvəqqəti tədbir kimi nəzərdən keçirilə bilər”.

Ekspert həmçinin bildirib ki, məktəblərdə istilik təminatı ilə bağlı problemlər yalnız qış mövsümündə yox, il boyu planlaşdırılmalıdır. Əlavə olaraq qeyd edib ki, məktəblərin qışa hazırlığı yay aylarından başlayaraq qiymətləndirilməli və bütün avadanlıqlar vaxtında yoxlanılmalıdır: "Əks halda, hər il təkrarlanan bu problemlər təhsil sisteminin effektivliyini azaldacaq və şagirdlərin sağlamlığına mənfi təsir göstərəcək. Mövcud vəziyyətdə valideynlər, müəllimlər və ictimaiyyət bu məsələyə diqqət yetirməli, müvafiq dövlət qurumları isə məktəblərdə istilik təminatının yaxşılaşdırılması üçün operativ tədbirlər görməlidir. Təhsil keyfiyyətinin qorunması və şagirdlərin sağlamlığı üçün bu, vacib məsələdir və uzunmüddətli həll yolları tapılmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:325
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 02:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri