Icma.az
close
up
RU
“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası yenidən Fəvvarələr meydanında! AZƏRTAC

“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası yenidən Fəvvarələr meydanında! AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 16 dekabr, AZƏRTAC

“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının möhtəşəm açılışı baş tutub.

AZƏRTAC xəbər verir ki, yarmarka 15 yanvar 2025-ci il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər il olduğu kimi, yarmarkaya giriş ödənişsizdir.

2013-cü ildən etibarən hər il Yeni il ərəfəsində “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Azərbaycanın müxtəlif guşələrindən Fonda müraciət edən ailələrə ümid bəxş edir. Yarmarkadan toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər il internat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın fəxri qonaqları olurlar. Yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır.

Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq”, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərybaycan Hava Yolları, E-point, Strafor Kəsim, Hazır Cavab-dır. “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası sponsor – “Pasha Holding”, “Azercell”, “Coca-Cola”, “Birbank”, “R Group Holding”, “Haribo”, “Ozmo”, “Tess”, “Lays”, “Nesquik”, “Pampers”, “Eatme”, “Chocolatier”, “Fettycheese”, Vyana Şokolad Evi, Xırta-Xırt, “Corndogs”, Atabey Çiğköfte şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.

Yarmarka yeni qurulmuş və istifadəyə veriləcək 64 böyük və 20 balaca ev, 3 ədəd ikimərtəbəli restoran, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, labirint otağı, kiçik köşklər, müxtəlif tematik guşələr, Santa evi və böyük Yeni il şam ağacından ibarətdir. Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunur.

Yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, şəkillər çəkdirə və sevdikləri ilə birlikdə özlərini əsl qış nağılında hiss edə bilərlər. Burada hər kəsi çoxlu sürprizlər, tədbirlər və tematik günlər gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri