Icma.az
close
up
RU
Soyuqdəymədən qorunmaq üçün bu 3 məhsulu teztez yeyin

Soyuqdəymədən qorunmaq üçün bu 3 məhsulu teztez yeyin

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Soyuq payız və qış aylarında soyuqdəymə halları olduqca çoxalır. Saglamolun.az bildirir ki, bəzi çox sadə vasitələrin köməyi ilə biz özümüzü bu problemdən xilas edə bilərik. Bu vasitələrin arasında:

1. Soğan və sarımsaq. Bu tərəvəzlər "fitonsid" adlandırılan maddələrlə zəngindir. Bu maddələr çox güclü mikrob və virus əleyhinə təsirə malikdir. Çiy soğan və sarımsağı hər gün kiçik miqdarlarda olsa da qəbul etmək lazımdır. Sarımsağın "pis" iyindən özünü qorumaq üçün onu bəzən çeynəmək yox, doğrayıb udmaq məsləhət görülür. Lakin bu düzgün deyil. Soğan və sarımsağın şirəsi ağız boşluğunun selikli qişalarına düşməlidir. Bir çox viruslar və mikroblar hava-damcı yolu ilə yayılır və bizim burnumuz və ağız boşluğumuz onlar üçün "giriş qapı" funksiyasını yerinə yetirir. Sarımsaq və soğan şirəsi isə selikli qişalarda etibarlı müdafiə mühiti yaradır. Pis qoxu ilə limon şirəsinin köməyi ilə mübarizə aparmaq olar. Limon şirəsi də, yeri gəlmişkən, yaxşı antibakterial təsir edir.

Soyuqdəymənin ilk simptomlarını hiss etdikdə təzə sarımsaq şirəsində pambıq isladın və burnunuzun içinə qoyun. Bundan əlavə 2 dilim sarımsağı və 1/2 baş soğan xırda doğrayın, üzərinə 1/2 stəkan qaynar su əlavə edin. Su bir qədər soyduqdan sonra ağız boşluğunuzu və boğazınızı bu dəmləmə ilə yaxalayın. Bunu gün ərzində bir neçə dəfə edin.

Soğanı xırda doğrayın, tənzifdən sıxın və gün ərzində bir neçə dəfə xəstənin burnuna damızdırın.

Soyuqdəymədən xilas olunmaq üçün orta ölçüdə olan soğanı sürtgəcdən keçirin və üzərinə 1/2 l qaynar süd əlavə edin. 2 saatdan sonra bu südü içə bilərsiniz.

2. Bal. Əgər sizdə bu məhsula qarşı allergiya yoxdursa, profilaktik olaraq gün ərzində bir neçə dəfə 1 çay qaşığı balı ağzınıza qoyub tam əriyənə qədar saxlayın. Bal selikli qişalara düşən mikrob və virusları məhv edir.

Arıların digər bir məhsulu olan propolisin də çox güclü antibakterial və antivirus xüsusiyyətləri var. Soyuqdəymə ilə mübarizədə propolisin dəmləməsindən (1 çay qaşığı propolis + 1 stəkan qaynar su) istifadə etmək olar. Daha asan üsul - 1 çay qaşığı propolisi yeməkdən sonra 20 dəqiqə ərzində çeynəyin.

Propolisi sarımsaqla birlikdə də istifadə etmək olar. 2-3 dilim sarımsağı xırda doğrayın, üzərinə 1 çay qaşığı propolis əlavə edin və 1 stəkan qaynar su tökün. 2 saatdan sonra dəmləməni qəbul etmək olar (gündə 3 dəfə yeməkdən sonra).

3. Moruq. Bu giləmeyvə C vitamini ilə olduqca zəngindir, yüksək hərarətlə mübarizədə kömək edir, immuniteti stimullaşdırır. Moruğu balla birlikdə istifadə etmək olar.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri