Icma.az
close
up
RU
“Soyüş müxalifəti” çağırışa gəlməsə: Aqibəti belə olacaq Hüquqşünas

“Soyüş müxalifəti” çağırışa gəlməsə: Aqibəti belə olacaq Hüquqşünas

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq “söyüş müxalifəti”nin bir qrup üzvlərini prokurorluğun istintaq idarəsinə çağrıb. 

Belə ki, ilk olaraq prokurorluq İctimai TV vasitəsilə Elşad Tofiq oğlu Məmmədov və Məhəmməd Fazil oğlu Mirzəliyə çağırış edib.

Vurğulanıb ki, Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar edib. Həmçinin Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar edib. 

Bundan başqa Baş Prokurorluğunun İstintaq idarəsi Tural Sadıqlını da istintaqa çağırıb. Qeyd olunub ki, Tural Sadıqlı Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə təqsirləndirilir.

Qabil Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Barəsində çağırış edilən adıçəkilən şəxslər ölkəyə gətirilə və İnterpol vasitəsilə axtarışa verilə bilərmi?

Məsələ ilə bağlı “Konstitusiya" Araşdırmaları Fondu”nun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Cebheinfo.az”-a bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Baş prokurorluq bütün mümkün olan istintaq tədbirlərini və təqib hərəkətlərini həyata keçirir: 

“Həmin şəxslərin Azərbaycana gətirilməsi ilə bağlı zəruri olan bütün tədbirləri görmək üçün hüquqi əsasları var. Eyni zamanda, bütün görülən tədbirlərə baxmayaraq, həmin şəxslər istintaq orqanlarına gəlib ifadə vermək istəmirlər və buna görə də Baş prokurorluq qanunvericilik normalarına əsasən çağırışla çıxış etdi. 

Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, təqsirləndirilən şəxs Azərbaycan ərazisindən kənarda olduqda və istintaqdan gizləndikdə, onun prosesdə iştirakını təmin etmək üçün özəl tədbirlər görülməlidir. Buraya çağırışların edilməsi, axtarışların elan edilməsi daxildir. Artıq çağırışlar, eləcə də axtarışlar elan edilib. Axtarış elan ediləndən sonra bu şəxslərə ağır cinayətlərlə bağlı ittiham verilib. Həmin şəxslər hətta terror cinayətlərində də ittiham olunurlar. Ona görə də “qırmıızı çağırış”la İnterpola da müraciət etmək olar”. 

O bildirib ki, İnterpol onların barəsində axtarış verəcək:

"Ancaq bu tədbirlər nəticə vermədiyini görərək son mərhələ olaraq İTV və radio vasitəsilə çağırış həyata keçirildi. Bu, onların istintaqa könüllü gəlməsinin sonuncu hüquqi addımı sayılır. Əgər bu nəticə verməsə, onda Cinayət prosessual qanunvericiliyinə edilmiş dəyişikliklərə uyğun olaraq həmin şəxslərin istintaqı artıq qiyabi icraat səviyyəsində aparılacaq. Müvafiq qaydada da qanunvericilikdə nəzərdə tutulmuş tədbirə- hökm çıxarılmasına qədər proses davam edəcək. Yəni onların iştirakı olmadan qiyabi şəkildə olacaq. 

Baş prokurorluq müvafiq hüquqi sənədləri tam olaraq hazırlayıb həmin şəxslərin yaşadıqları dövlətlərə sorğu ilə müraciət edib və həmin dövlətlərin də müvafiq orqanları bu sorğuya uyğun dərəcədə cavab verməlidir. Yəqin ki, cavab verəcəklər. Həmin şəxslərin ağır cinayətlərdə ittiham edilməsi nəzərə alınaraq onların ölkəyə verilməsinə yetərli hüquqi əsaslar var. 

Aparılan əməliyyat- axtarış tədbirləri nəticəsində həmin şəxslərin ölkəyə qaytarılması mümkün olacaq. Əgər həmin şəxslər ölkəyə qayıtmasa belə, icraat qiyabi formada həyata keçiriləcək və barələrində məhkəmə istintaqında müvafiq qərarların qəbul edilməsi ilə nəticələnəcək”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Söyüş müxalifəti çağırış Əliməmməd Nuriyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri