Icma.az
close
up
RU
Sözə, özünə və oxucuya hörmət

Sözə, özünə və oxucuya hörmət

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Uzun sözün qısası” kitabı Şahlar Göytürkün son illər yazıya aldığı həm nəzəri, həm də praktiki dil məsələləri, poeziya nümunələri, esse və oçerkləri öz əksini tapmışdır. Yazılar əsasən yığcamdır, dilin və düşüncənin müxtəlif sahələri ilə əlaqəli və fərqli cəhətləri, məsələləri əhatə edir. Yığcam formalarla fikri ifadə etmək Şahlar müəllimin fərdi yazı üslubu və təqdimetmə tərzidir.

Şahlar Göytürk respublikamızda tanınmış və sayılan dilçi alimlərimiz- dəndir. Kitabdakı yazılar da əsas etibarilə həyatın, fəaliyyətin müxtəlif sahələrində qarşıya çıxan dil problemləri ilə bağlıdır. Onun dil duyumu özünəməxsusdur, hər xırda təfərrüatları da görə bilir, sözdə, ifadədə, cümlədə və mətndə hiss və analiz etdiyini, bəlkə də, bir çoxları edə bilməz. O, sözün quruluşuna, semantikasına və funksionallığına həssaslıqla yanaşır. Aydın hiss olunur ki, Şahlar Göytürk ana dilinin, onun qrammatik quruluşu- nun, üslubiyyatının ən incə məsələlərinə yaxşı bələddir.

Kitabı oxuduqca qənaətim ondan ibarətdir ki, bir dilçi alim kimi Şahlar yalnız mükəmməl normativ ədəbi dilin müdafiəçisidir. İstər milli, istərsə də alınma sözlər olsun, o, dilimizdəki sözlərin tələffüzü və yazılışında müşahidə etdiyi müəyyən dolaşıq məsələlərə də diqqəti çəkir.

Dilçi alim ədəbi dilimizin normalarını pozanlara güclü arqumentlər gətirir. Sözügedən kitab onun özünün bütövlükdə yaradıcı düşüncəsinin məhsuludur.

Kitabın adı da yığcam və maraqlıdır: “Uzun sözün qısası”. Yəni sözü, fikri uzun yazmazlar. Qısalıq, yığcamlıq fikrin əsasıdır. Kitab 3 bölümdən ibarətdir. Şahlar Göytürk dilin qənaət prinsipini əldə əsas tutur. Kitabın birinci bölümündə “Sözlərdə yaşayan tariximiz” araşdırılır. O, xeyli sayda sözün, adın, terminin tarixi inkişaf prosesini izləyir və etimologiyasını izah edir. Bu məsələlər milli kimlik və bütöv azərbaycançılıq məfkurəsi işığında qələmə alınmışdır. “Sozlərdə yaşayan tariximiz”, “Dilimiz-əbədi varlığımız”, “Topraq, yoxsa torpaq”, “Televiziyadakı dilimiz”, “Deyimlərimizdə tarixi dövrlərin izləri”, “Atla “ulağ”ın fərqi”, “Yersiz təkrarlar”, “Kərə yağı, yoxsa tərə yağı”, “Yersiz işlədilən söz və ifadələr”, “Bazar dili”, “Ana dilinmiz təqlid dili deyil” və s. yazılar son dərəcə əhəmiyyətlidir. Ana dilimizin inkişafı və tətbiqi vəziyyəti ilə bağlı çoxsaylı yazıları daha maraqla oxunur. Alimin fikrinə görə, dilin varlığı üçün təhlükə törədən fəsadlar daha çox qrammatik nöqsanlarla bağlıdır.

Alim Azərbaycan dilçilərindən Əbdüləzəl Dəmirçizadənin, Qəzənfər Kazımovun, Firudin Ağasıoğlunun tədqiqatlarına və etimoloji incələmələrinə xüsusi önəm verir, onları yüksək qiymətləndirir.

Şahlar Göytürk “topraq, yoxsa torpaq” strukturunu fərqləndirərkən bu sözlərin (top/tor) əslində fərqli informasiya daşıyıcısı olduğunu diqqətə çatdırır. “Xankəndiyə”, yoxsa “Xankəndinə” – quruluşunda qrammatik düzgünlüyü axtarır. Reklamlarda müşahidə etdiyi kobud qüsurları, tərcümə məsələlərində yol verilən prinsiplərin pozulması hallarını müəyyənləşdir- məkdə ustadır.

Dil məsələlərindən yığcam şəkildə bəhs edən yazılarında Şahlar Göytürk Azərbaycan dilinin sosial-iqtisadi və yeni problemlərinin həlli üçün xüsusi və fəal mövqe sərgiləyir.

Kitabda Şahlar Göytürkün bir sıra oçerk və esseləri də toplanmışdır.

E s s e – paradoksal janrdır. Hansı problemdən bəhs olunursa, dəxli yoxdur, Şahların esseləri yaradıcı düşüncənin məhsuludur. Bu esselər poetik nitq fiquru kimi dəyərli nümunələrdir. Bu cür mətnlər adi mətn qaydasından çıxır, buradakı fraqmentlər tündləşən fikirlərə çevrilir. Demək olar ki, Şahların esseləri mahiyyətcə, xaraktercə onun dərketmə prizması baxımın- dan da məhsuldardır. Poetik nitqin linqvistik-üslubi xüsusiyyətlərini təhlil edərkən tədqiqatçılar Şahlar Göytürkün də esselərinə müraciət edə bilərlər.

Şahlar “sözün qısası” deyəndə esselərini də nəzərdə tutur. Ona görə ki, qısalıq, lakoniklik, obrazlılıq, ekspressivlik əlamətləri esselərə də aiddir. Müəllif obrazının açılmasında sözügedən esselərin də rolu böyükdür. Bu zaman mürəkkəb həyati situasiyalar meydana çıxır. Müəllifin prinsipial mövqeyi, qeyri-adi manevrləri aydınlaşır. Fərdi həssaslıq və təsiretmə gücü özünü göstərir. Ümumiyyətlə, bu kitabda toplanmış oçerk və esselərdə, necə deyərlər, müəllif taktikası, kommunikativ strategiya aydın görünməkdədir.

Bəllidir ki, şeir insan hissləri və düşüncələrinin səlis, sərrast, ritmli və emosional təzahürüdür. Bu duyğular, şübhəsiz ki, cəmiyyətin mənəvi dünyasını zənginləşdirir. Onu düşündürən mövzuların vəsfi, məzmun zənginliyi Şahların yaradıcılığının ən çox görünən tərəfidir. Bir dilçi kimi Şahlar Göytürk sözün, fikrin üzərində işləyir və bu sahədə çalışdıqca söz cilalanır.

Şahlar “Şeir yazıram”, ”Harama yaraşır bu şeir mənim” sualı qarşısında elə bil ki, şeir yazmağın məsuliyyətini oxucuya çatdırır. Onun poeziyası ilə tanış olduqca hiss olunur ki, Şahların min bir əzablarla, çətinliklərlə dolu, enişli-yoxuşlu həyata sevgisi, məhəbbəti böyükdür. Azərbaycanda şeir yazanların sayı həddən artıq çoxdur. O, şeir yazmağın ciddiliyini, məsuliyyətini etiraf edir. Alpinist çox çətinliklə dağa dırmandığı kimi şeir yazanda çətinlik, problem qarşısında qalmalıdır; yazdığı şeirin fikir tutumunu, bədiilik siqlətini, təsiretmə gücünü dərk etməlidir:

Məni kürəyimdən vurmağa nə var,

Mən özüm yıxılsam, durmağa nə var.

Bu kövrək qəlbimi qırmağa nə var,

Qorxuram qırıla, sına şeirim.

Təkrar olsa da, qeyd edim ki, Şahlar bir şair kimi də, bir tanınmış dilçi kimi də sözə dəyər verir. Onun həqiqi poeziyasının qaynağı elə öz daxili dünyasıdır. Yaxşıdır ki, o, özünü ifadə edə bilir:

Umacağım, təmannam yox,

Onsuz da ki ürəyim tox.

Sözü sevdim özümdən çox,

Özümdən də başdır bu söz.

“Ana dilim” şeirində dilimizlə dərdləşən, xalqımızın əbədi xidmətində durduğu üçün bu müqəddəs dilə öz sevgisini izhar edən şair bu ölkədə yaşayıb, xalqının dilini bilməyənləri, bu dilə biganə yanaşanları qınayır:

Dilimə kəc baxan – görüm ar olsun!

Fikri, düşüncəsi yad əlindədir.

Müqəddəs dilimə Tanrı yar olsun,

Xalqımın əbədi xidmətindədir.

Səni bəyənmədi “əsilzadələr”,

Dedilər kasıbın, fəqirin dili!

Dirilər Xətai, Dədə Ələsgər,

Ölməz Şəhriyarın, Sabirin dili.

Şahlar şeir yazanda bədii istedadı üzə çıxır. Onun istedadı fitrətindədir. Yaradıcılıq prosesində qarşıya çıxan linqvistik-psixoloji cəhətləri düzgün qiymətləndirə bilir, o halı doğru yaşayır. Bu şeirlər bizim düşüncəmizdə ümumi estetik oyanış yaradır, bunları poetik tapıntı da adlandırmaq mümkündür. Bu baxımdan poetik düşüncələri də uğurludur və bu müvəf- fəqiyyət onun bu gün də alim taleyi ilə, işi, fəaliyyəti ilə davam edir.

Şahlar Göytürk şeirləri ilə də sosial mühitə, ictimai hadisələrə fəal müdaxilə edə bilir. Cəmiyyətdə layiq olmayanlara yer verilməsinə etiraz edir. Bəzi misralarını nadir poetik nümunə saymaq olar. Bir şair kimi müəyyən detallar üzərində müşahidələr aparır. Ayrı-ayrı misralarında yenilik boyalarını, daxili estetik potensialı görməmək olmur. Şahlar metafor- lar yaradarkən, ifadələrin seçilməsinə, bənzətmələrdəki obrazın aydın dərk edilməsinə ciddiyyətlə yanaşır.

Biz “Türk əsri”ndə yaşayırıq. Türk Dövlətləri Təşkilatı yaradılıb. Türk Birliyi bizləri birləşdirir. Böyük türkün Ərdoğan deyilən öndəri var. Şahlar Göytürk “Ərdoğan desin” şeirində onun dünya tarixində nüfuzunun, sözünün ağası olmasından, qılıncdan da iti, kəsərliliyini aydın nümayiş etdirir. O, bu şeirdə siyasi düşüncəsini önə çəkir. Bu siyasi düşüncə sferasında indi türk xalqları birləşir, Türk Dövlətləri Birliyi yaradılır. Proses davam edir. Azərbaycan türkcəsi Türkiyə türkcəsindən keyfiyyətcə inkişaf edir. Dillərə yeni enerji, yeni dil elementləri gəlir. Azərbaycan – Türkiyə tarixi, dil, ədəbi-mədəni münasibətləri daha da genişlənir. Həmin münasi-bətlərin bir daha möhkəmlənməsində Şahların bu qəbildən olan poeziyasının strateji önəmini qeyd etmək olar:

Burda Azərbaycan, orda Türkiyə,

Dünya qarışmasın, düşməsin küyə,

Siz yazın, göndərin qardaş ölkəyə,

Şeiri innən belə Ərdogan desin!

Şahların poetik düşüncəsində insan, dünya konseptləri daha fəaldır, hətta o dərəcədə fəaldır ki, tez həzm olunur, dərk edilir. Bu, ümumən insanla həyat arasındakı münasibətdən, onun mühüm əhəmiyyət kəsb etməsindən irəli gəlir:

44 günlük savaşda düşmən bağrını yardın,

Şəhid ətirli Vətən, qazi ətirli ordum!

Yavaş-yavaş dirçəlir, çiçəklənir bu yurdum,

Yeni zəfərlərinlə qürurlandır ulusu,

Sənə zəfər yaraşır, Azərbaycan Ordusu!

Şair Azərbaycan Ordusunun hər an savaşa, Vətən qarşısında öz müqəddəs borcunu verməyə hazır olduğunu, torpağı yad əllərdən təmizləməyi qarşısına məqsəd qoymuşdur. Cəbhə elədir ki, burada müxtəlif hadisələr baş verir. Bir çox əsgərlərimiz naməlum səbəblərdən itkin düşmüş, onlardan xəbər-ətər bilinməmişdir:

İçimi göynətsə də igidlərin itkisi,

Ürəklərdə əbədi yaşayacaq sevgisi.

Bəzən insanları, onların bacarıqlarını, içində baş qaldıran, yuva salan işığı, tufanı birdən-birə görmək olmur. Gərək optimal bir mühit ola ki, insanın iş, fəaliyyət və yaradıcılıq enerjisi üzə çıxa. Bu baxımdan, Şahlar heç kəsin ağlına gəlməyən sözləri təhlilə cəlb edir, özünəməxsus fikir işlədir. Mən bu enerjini hələ Dilçilik İnstitutunda çalışanda Şahlarda görmüşdüm, həmişə də söhbətləşəndə yeniliyə can atmasının şahidi olmuşdum. Fərqli düşüncələrinin üzərində də israrla dayanar, güclü daxili potensialı, fəhmi ilə öz iddialarını opponentlərinə izah etməyi bacarır. Kitabdakı yazılarda mübahisə doğuran cəhətlərlə də qarşılaşmaq olur, o da dilçiliyimizin özündən gələn məsələlərdir.

Şahlar Göytürk bu çoxyönlü fəaliyyəti ilə həyatda öz izini qoya bilir. Bu bizləri də sevindirir, fərəhləndirir.

İsmayıl Kazımov

filologiya elmləri doktoru, professor

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun

Türk dilləri şöbəsinin müdiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 May 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see264

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see166

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see146

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see141

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see116

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see116

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see115

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see115

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri