DİQQƏT: Bu cihazdan istifadə ürəyinizi məhv edə bilər… KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son illər naqilsiz (Bluetooth) qulaqcıqların istifadəsi xeyli artıb. Lakin bu cür cihazlardan yayılan elektromaqnit dalğalarının orqanizmə təsiri barədə mütəxəssislər arasında müzakirələr davam edir.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, naqilsiz qulaqcıqlardan yayılan elektromaqnit dalğaları bəzi insanlarda ürək ritminə mənfi təsir göstərir:
“Naqilsiz yayılan elektromaqnit dalğaları qlobal şəkildə təhlükə yaratmasa da, bəzi insanlarda ürəyin keçirici sisteminə təsir edə bilir. Ürəkdə xüsusi düyünlər var ki, enerji həmin düyünlər vasitəsilə sinir uclarına ötürülür. Bəzən bu sistem dalğaların təsiri altında həssaslıq göstərir. Bizim müşahidələrimizdə bəzi xəstələr telefonu sol cibində daşıdıqda ürək ritmində pozğunluq yaranıb. Telefonu sağ cibə qoyduqdan sonra isə həmin problem aradan qalxıb.”
Həkimin sözlərinə görə, elektromaqnit dalğalarının beyinə və digər orqanlara təsiri o qədər də güclü deyil, lakin ürək ritmində müəyyən həssaslığı olan şəxslər üçün ehtiyatlı olmaq tövsiyə olunur.
Beləliklə, naqilsiz qulaqcıqlardan istifadə zamanı tam təhlükəsizlikdən danışmaq olmasa da, onların təsiri fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 07 Noyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















