Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
7 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristo Kapodistrianı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı nazir Ceyhun Bayramov səfir Kapodistrianın Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfirlə söhbət zamanı son dövrlər ikitərəfli münasibətlərdəki dinamika müsbət qiymətləndirilib. Bu çərçivədə, 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilmiş COP29 Beynəlxalq İqlim Konfransı və eləcə də 2025-ci ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis arasında keçirilmiş görüşlərin əhəmiyyəti vurğulanıb.
Ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyət kəsb etdiyi qeyd olunub. İqtisadiyyat, ticarət, investisiyalar, enerji, nəqliyyat-tranzit, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğu diqqətə çatdırılıb.
Səfir Kristo Kapodistria öz növbəsində Yunanıstanın Azərbaycanda səfiri kimi fəaliyyətini xoş təəssüratlarla xatırlayacağını bildirib, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Noyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















