Icma.az
close
up
RU
Sözə sevdalı şair Söhrab Tahir

Sözə sevdalı şair Söhrab Tahir

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Aynur Turan

(əvvəli BU LİNKDƏ)

Azadlığı Savalanın zirvəsində görən və bu ucalığa çatmaq üçün “dərələri xurcun kimi çiyninə aşırıb, qayalardan atılaraq”, “quzu olub daşlarını yalayaram duz kimi” deyə üzünü dağlara tutub söylədiyi şeirlərdəki məqama fikir verin:

Qurban olum sənin daim uçuran yağışına, doluna.

Qurban sənin dağ yolunu səngər etmiş oğluna,

Gir qoluma, daha çıxaq böyük dünya yoluna,

Dayan, dayan. Ey əcdadım, qoy mən girim qoluna

Savalanım, Savalan!..

Gözəl günlər uğrunda ömrünü odlara atan və indi sanki yer üzünün gəzəri Savalanına çevrilən S.Tahir elə təvazökar, mənəviyyatı zəngin bir şəxsiyyətdir ki, 90 baharlı bir arzman çinarın haqqında bəlkə də yetərincə yazılmayıb. Halbuki həm şəxsiyyət kimi, həm də yaradıcılıq ləyaqətinə görə Söhrab Tahir yalnız Azərbaycan ədəbiyyatının deyil, dünya poeziyasının qüdrətli nümayəndələrindəndir.

Onun haqqında yazılmış tədqiqatların birində deyilir ki, S.Tahir yaradıcılığı xalqın mənəvi, ədəbi ruhi birliyini yaradan ən güclü qüvvələrdən, aramızdakı ən möhtəşəm körpülərdən biridir. S.Tahir Cənubi Azərbaycan da milli azadlıq yolunda çarpışan, mübarizə aparan hürriyyət aşiqidir. Lakin bir çox cənublu soydaşlarımız kimi onun da taleyi dövrün, zamanın haqsızlıqlarına tuş gəlmişdir. Apardığı haqq işinin bəxş etdiyi “ərməğan” bu oldu ki, döğulduğu yurddan, anasından, əzizlərindən uşaqlığının minbir xatirəsini yaşadan yerlərdən ayrı düşdü. Şehli gəncliyindən bu günə-Savalanmış ömrünə kimi, özü demişkən, iki həyat yaşadı.

Mənim qollarımı iynə-sap edin

Tikin Astaranı biri-birinə.

Çayları, yolları iynə-sap edin

Tikin Culfaları biri-birinə.

S.Tahir şeirləri Azərbaycan poeziyasında bir mənəvi səngər qurdu. Bu səngərdə döyüşənlərin birinci vəzifəsi ürəklərdə, beyinlərdə hürriyyət adlanan bir səadətin məhəbbət toxumunu səpmək idi. Qəlbinin diktəsi ilə qələmini məhz bu istiqamətə yönəldib poeziyamızın sükanını məharətlə azadlığa, bu yolda çarpışmalara yönəldən S.Tahir bütün bu illər ərzində öz istəyinə bir bəndlik də olsa, xəyanət etmədi.

Bəzən poeziyamızın dünəninə boylananda fikirləşirsən ki, yazarlarımız od püskürən misraları, insanın ruhunu azadlığa-bəxtiyarlığa çəkən nidaları yazmasa idilər, bəlkə də poeziyamız sakit görünərdi, lal görünərdi. Indi həmin şeirləri oxuduqca, qürurlandığımız ideyaların, arzuların əzəməti və dəyəri önündə baş əyməli oluruq. Gününü qələmsiz, yazı masasız keçirməyən S.Tahir çağdaş qələm sahiblərindən-bəlkə də, ən məhsuldarlarından biri idi.

Dünyada bütün itkilərə dözmək, ağır dərdlərə sinə gərmək, tənha yaşamaq mümkündür. Ancaq vətənsizlik, doğulduğun yerdən ayrı düşmək ölümdən də betərdir. S.Tahir bu ağır yükü, bu ikiyə bölünmüş vətən dərdini ömür boyu çiyinlərində və ən əsası da qəlbində daşıdı. S.Tahir min səadətin içində belə vətən sarıdan nisgillidir. İkiyə bölünmək, vətən həsrəti qəlbindən süzülüb yazılarına töküldü.

Mənalı ömür yolu, dəyərli yaradıcılığı ilə həm qələm dostlarının, həm də oxucuların dərin sevgisini qazanmış Söhrab Tahir min səadətin içində belə vətən sarıdan nisgillidir, ən bəxtəvər çağında da kövrəkdir, bir həzin himə bənddir:

Öləndə kəfənim ikiqat olsun,

Mən həm o tayınam, həm də bu tayın.

Qoy bütün dünyaya belə yayılsın

Öləndən sonra da birlik harayım.

Şairin Vətən məhəbbətini əks etdirən “Ərdəbil”, “Təbrizim”, “Savalanım”, “Ərk qalası”, “Mərənd” və s. şeirlərində yurd sevgisinin yaratdığı bir sıra məqamları görür, müəllifin vətəndaşlıq hislərinin qədərsizliyinə, əbədiliyinə şahid olursan. Şeirlərindən çəkdiyimiz ayrı-ayrı ləçəklərdəki fikir duyumu çox düşündürücüdür.

Xalqım, sənin üzərinə

Qanlı qılınc sıyıranlar,

Bir milləti parçalayıb

Neçə yerə ayıranlar,

Səni təhqir edə-edə

Bu dünyada ucaldımı

Bu təhqirlə sənin, xalqım,

Böyüklüyün azaldımı.

Hərdən mənə elə gəlir ki, S.Tahir ulu Savalandan qopan bir qaya parçasıdır. Varlığında bütöv məmləkətimizin ağrı-acılarını gəzdirməkdən sərtləşib. Müəllifin ürək qanı ilə yazdığı şeirləri hərdən bayraq kimi başımızın üstündə dalğalandırmağa bir ehtiyac duyursan. Özünü “ayrılığın qanlı misrası”, “iki ölkənin vətəndaşı” sayan və bu minvalla iki taleyi bir ürəkdə birləşdirmək üçün gənclikdən ömrün qışına yol gələn S.Tahir üzünü Araz boyu tutaraq demişdir:

Araz şah misramdır, Təbriz poemam,

Tale kitabımı oxu bu yerdə.

Biz ki, bu torpaqdan, bir taledəndik,

Daha nə gərəkdir sorğu bu yerdə.

Oxucularına həmişə deməyə sözü olan, şeirlərini gözəllikdən, oddan yoğuran, köhnə şeirimizdə təzə üsyan başlayan, “mənə iki tayda bir qəbir tikin” vəsiyyətini yazan, yalançı vədlərdən uzaq ağır taxtalı yaradıcılığı, bəyazlaşmış saçları ilə 90 bahar yaşadı. Arazla baş-başa dayanan qüdrətli söz sərrafının yaradıcılıq nəhri çox sellərin yönünü dəyişdi, qurumuş könüllərə yeni həyat gətirdi.

Sözlə əməl bir olanda, o sözün və əməlin sahibi sevilir, şəxsiyyəti dəyərləndirilir, yazdıqları məlhəm, tutiya kimi cana can, ruha qanad verir, Söhrab Tahir kimi... S.Tahir bir əsrə yaxın, 90 il qələmi ilə xalqa xidmət göstərdi. Dərdləri ilə gəldi dünyaya, həsrəti ilə də getdi bu dünyadan. Bitməyən vətən sevdası ilə. Bəlkə də bu dərdlər idi onu şair edən. Güney dərdi, Araz ağrısı, doğma yurd nisgili ilə şair oldu S.Tahir. Ölümünün sonunacan qələmə sarınan şair ölümü ilə ölümsüzlük gətirdi, ədəbi yaşayacağını bildiyi üçün. Xalq şairi Söhrab Tahirin əziz xatirəsi onun tanıyanların qəlbində həmişə yaşayacaqdır. Yerin uçmaq, məkanın cənnət olsun şair!..

Xalq şairi Söhrab Tahirin əziz Xatirəsi onun tanıyanların, sevənlərin qəlbində həmişə yaşayacaqdır.

Kişi inadıyla yaşadın ömrü,

Qız-gəlin misallı ismətin oldu.

Qorxardın çöpü də iki bölməyə,

İkiyə bölünmək qismətin oldu.

Sərvaz Hüseynoğlu.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri